Peyvənd tədarükü müzakirə edildi Lavrovla həmkarı arasında
Rusiya Federasiyası və Macarıstan xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto, koronavirusa qarşı Sputnik V Rus peyvəndinin tədarükünü müzakirə ediblər. Diaspor.info RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, Lavrov və Siyarto arasında telefon danışığı Budapeştin təşəbbüsü ilə baş tutub.
"Söhbət əsnasında, Rusiya iki komponentli Sputnik V peyvəndinin Macarıstana tədarükü də daxil olmaqla, yeni koronavirus infeksiyasının pandemiyasına qarşı birgə səyləri müzakirə edilib", deyə məlumatda bildirilir.
Müəllif: İnam Hacıyev
240