Dünyanın ən bahalı şəhərləri
Xaricdəki işçilərə ödəniləcək əmək haqqı mövzusunda hökumət və çoxmillətli şirkətlərə rəhbərlik edən Mercer, “Yaşayış Maliyyəti Araşdırması”nın nəticələrini açıqlayıb. Diaspor.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il 26-cı dəfə elan edilən araşdırmada, beş qitədə 209 şəhər qiymətləndirilib.
Araşdırmaya görə, dünyanın ən bahalı və ən ucuz şəhərləri...Şəhərlər hansı meyarlara görə qiymətləndirilir?
Ən bahalı şəhər: Hong Kong.
Şəhərdəki mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları və əyləncə daxil olmaqla 200-dən çox məhsulun müqayisəli xərclərini araşdıran, Hong Kong 2020-ci ilin ən bahalı şəhəri olub. Hong Kongdan sonra Aşqabad, Tokyo, Sürix və Sinqapur ən bahalı şəhərlər kimi ilk beşlikdə yer tutublar.
Nisbətən bahalı şəhər: Tunis
Araşdırmada yaşayış səviyyəsi minimum olan şəhər Tunis olub. Tunisdən sonra ən ucuz şəhərlər Windhoek (208) və Daşkənd və Bişkek (206) seçilib.
İstanbul da siyahıda!
Keçən il türk lirasının ABŞ dollarına nisbətdə ucuzlaşması səbəbindən anketdə 154-cü sırada olan İstanbul, 156-cı sırada yer alıb.
İlk 10-luqda 3 Avropa şəhəri var.
"Yaşayış Maliyyəti Araşdırması"nın 2020-ci il nəticələrinə görə, ən bahalı şəhərlər arasında ilk onluqda üç Avropa şəhəri yer aldı. 4-cü sırada yer alan Sürix, Avropanın ən bahalı şəhəri adını qoruyarkən, keçən ilə nisbətən 4 pillə yüksələn Bern 8-ci, Cenevrə 9-cu sırada yer aldı.
Ayşən Sadıxzadə