Bəxtiyar Əsgərov Rusiyanın ölkəmizdəki səfirliyində olub
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, Fövqəladə və səlahiyyətli səfir Mixail Nikolayeviç Boçarnikovla görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfərlər, regional vəziyyət və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.
245