İmmuniteti gücləndirən qidalar sən demə bunlar imiş DİQQƏTLİ OLAQ!
Koronavirus və qrip əlamətlərinin oxşarlığı insanlarda narahatlıq yaradır. Bütün bunların qarşısını almaq üçün qidaların müalicəvi cəhətindən faydalanmaq lazımdır.
Mütəxəssislər qripi cilovlayan və sağalmanı sürətləndirən qidalar haqqında danışıblar.
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudovun sözlərinə görə, sağlam qidanlanmaq həmişə lazım və faydalıdır. Sağlam qidalanmada əsas məsələ az yeməkdir: "Qidalanmanı mövsümə uyğun şəkildə etməliyik. İstifadə etdiyimiz qidaların çox çeşitli olmaması məsləhətdir. Əgər bu gün biz bozbaş bişirmişiksə, onun yanına 5 çeşit yemək qoymamalıyıq. Günlük yürüyüşlər və aktiv idman bizi daha gümrah saxlayacaq və immunitetimizi gücləndirəcək".
Sədr müavini onu da qeyd edib ki, koronavirus günü-gündən artmaqda davam edir: "Koronavirusa qarşı ən yaxşı qorunma üsulu primitiv tədbirlərə əməl etməkdir. Xəstələnməkdən asılı olmadan ağız və burun qarqara olunmalıdır. Əgər simptomlar varsa, insanlar özlərini aldatmamalıdırlar".
"Qulançar, C vitamini, prebiyotik qidalar, itburnu, kardamom, ekinesiya, rooibos çayı, ağ çayı kimi qidalar qripin düşmənidir".
Türkiyəli dietoloq Selahattin Dönmez koronavirusa qarşı qoruyucu ən təsirli qidalanmadan danışıb: "Pandemiyada ən önəmli məsələ evdə yemək yeyib piylənmək yerinə, əzələləri qoruyaraq arıqlamaqdır. Bunun üçün gündə kilo başına 1 qram protein tərkibli qidaları hesablayıb qəbul etmək lazımdır. Qidalanmanızda immunitet rolu oynayan A, C, E vitaminləri və sink, hüceyrə immuniteti üçün A, B6, B12, C, D, E, folik asit vitaminləri, dəmir, sink, mis və selenyum mineralları, antitellər üçün isə A, B6, B12, D, E və folik asit vitaminləri ilə zəngin qidalar seçərək immunitetinizi güclü saxlaya bilərsiniz. Bundan başqa süd və süd məhsulları, ət, yumurta, quru paxlalılar, təzə tərəvəzlər, meyvələr, taxıllılar gün ərzində qidalarınız arasında olsun".
Daxili xəstəliklər üzrə türk mütəxəssis Hakkı Doğan da daimmuniteti gücləndirmək üçün bəzi qidaların istifadəsinin vacib olduğunu bildirib: "Siqaret və spirtli içkidən uzaq olmaq lazımdır. Bu aktiv həyat üçün vacibdir. Həmçinin, kətan toxumu tərkibindəki Omeqa-3 səbəbindən antioksidant təsirə malikdir. Çörək otu da antiviral və antibakterial təsir göstərir. Hindistan qozu maddələr mübadiləsini stimullaşdırır və arıqladır".
Həkim Doğan, yay meyvələrinin istifadəsinin də önəmli olduğunu qeyd edib: "Çiyələk, qarpız, qovun, albalı və ərik bağırsağın hərəkətliliyini artırır və aşağı kalori ilə çəki artımının qarşısını alır. Həm də, itirilən maye elektrolitlərin dəyişdirilməsini təmin edir".
Bundan əlavə, çuğundurun da bir çox faydaları var: "Bu tərəvəz A, C vitaminləri, beta karotin, fosfat və sinklə zəngindir. Nar və kələm də antioksidantdır. Limon həm antiseptik, həm də antioksidantdır. Xiyarın kalorisi az, mayesi yüksəkdir. Xiyar əsasən C və K vitaminləri anbarıdır".
Ekspert C vitamini ilə zəngin olan yaşıl bibər və göbələyin faydasından da danışıb: "Yaşıl bibər C vitamini ilə zəngindir. Göbələk isə immunitet sistemi üçün güc mənbəyidir. Çünki tərkibində protein, lif, B və C vitaminləri, kalsium, minerallar var. Gül kələmi də öz növbəsində yüksək antioksidantdır. Qara qarağat iltihabı azaltmaq və immunitet sistemini tənzimləmək baxımından təsirlidir".
Xalq təbabəti və türkəçarənin viruslara qarşı öz qoruyucu prinsipləri var. Bu üsulların gücünün koronavirusa nə qədər yetəcəyi isə sual altındadır. Lakin, evdə hazırlanan bu bitkilər və metodlardan istifadə orqanizmi viruslara qarşı daha dözümlü edir.
İmmuniteti gücləndirən qidalar:
1.Qara çörək otu və yağı – immuniteti yüksəldir
2. Keçibuynuzu bəhməzi – ağciyər və bronxlar üçün əladır.
3. Exinesiya bitkisi – hazır şəkildə satılır. İmmuniteti gücləndirir
4. Yaşıl çay – antitoksidir
5. Zəncəfil kökü
6. Bal
7. Biyan kökü şirəsi – hazır satılır
8. Ekvalipt yağı – inhalyasiya və burun təmizləmə üçün yaxşıdır
9. Çay sodası – qarqara və burun yumaq üçün effektlidir
10. Sarıkök – südə qataraq sinəni yumşaltmaq, virusları öldürmək üçün istifadə olunur
11. Arı məhsulları – vələmum, propolis, arı südü
12. Qırmızı soğan və Hövsan soğanı
13. İsidici ədviyyatlar – mixək, hil, istiot
14. İtburnu çayı
Qidalardan isə, avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, qaraciyər, sümük suyu, qarabaşaq, sitrus meyvələri çox yaxşıdır.
İsti hamam, sauna, buxarlı hamam, duş, eləcə də gün işığı, açıq havada adam az olan yerdə gəzmək, dəniz havası, sakitlik, dərin yuxu, tez yatmaq da virusa qarşı sizi dözümlü edəcək.
Ayşən Sadıxzadə