"Beynəlxalq əməkdaşlıq gücləndirilməlidir" ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus, Avropa, Afrika, Latın Amerikası və Asiya dövlət və hökumət başçılarından ibarət 24 liderlə birgə məktublarında ölkələrin yeni beynəlxalq razılaşma əldə etmək üçün birlikdə çalışmaları lazım olduğunu bildirib. Diaspor.info-nun xarici mətbuata istinadən verdiyi məlumata əsasən, açıq məktub Fransa dövlətinin qəzetində nəşr olunub.
Le-Monde, Fransa, Portuqaliya, İngiltərə, Almaniya, Ruanda, Yunanıstan, Çili, Kenya, Albaniya, Cənubi Afrika, Hollandiya, Tunis, Senegal, Ukrayna, İndoneziya, Fici, Rumıniya, Avropa Şurasının Prezidenti Çarles Mikel (Charles Michel), Cənubi Koreya, Kosta Rika, Trinidad Tobago, İspaniya, Norveç, Serbiya prezidentləri və ya baş nazirləri ilə birlikdə Gebreyesus, yeni növ koronavirus (Covid-19) epidemiyasının 1940-cı ildən bəri qlobal birliyin üzləşdiyi ən böyük problem olduğunu vurğulayıb.
Tedros Adhanom Gebreyesus məktubda bu fikri əks olunub: "Covid-19 epidemiyasına son qoymaq üçün birlikdə mübarizə aparmalıyıq. Bugünkü ümidimiz yalnız beynəlxalq səhiyyənin gələcək nəsilləri qorumaq üçün daha güclü bir quruluş verməsidir. Biz bu pandemiya dövründə hər kəs üçün təhlükəsiz, təsirli və sərfəli vaksinlərlə və dərmanlara bərabər universal girişin təmin edilməsinə sadiqik".
Dünyada başqa epidemiyaların gələcəyini bildirən məktubda, heç bir hökumətin epidemiyalarla tək mübarizə edə bilməyəcəyi vurğulanıb. Beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Məktubda epidemiyaya qarşı təsirli bir şəkildə mübarizə aparılması lazım olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib ki, ölkələrin epidemiyaya qarşı hazırlıq və mübarizə haqqında yeni bir beynəlxalq müqavilə hazırlamaq üçün birlikdə çalışmalıyıq.
Məktubda bunun vacib bir addım olacağı və bu razılaşmanın əsas məqsədinin gələcək epidemiyalar qarşısında milli, regional və qlobal imkanları və həmrəyliyi gücləndirən bir yanaşmanı təşviq edəcəyi bildirilib.