Şuşaya atılmış raket "İskəndər-M"dir - ANAMA
Şuşaya atılmış raket "İskəndər-M"dir. DİASPOR.İNFO-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.
O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan 9M723 indeks kodu yoxlanılıb: "Bu zaman məlum olub ki, həmin raket "İskəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket İsgəndər-M raketidir".
Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar gedir.
297