Bayden və Zelensky arasındakı danışıqlar barədə Puşkov istehza ilə danışıb
Senator Oleksey Puşkov, ölkədəki korrupsiya mövzusunda ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski arasındakı telefon danışığı barədə istehza ilə danışıb. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə senator Telegram kanalında yazıb.
Qeyd edək ki, bir qədər əvvəl mətbuatda dövlət başçılarının ilk telefon danışıqları apardıqları yayılmışdı. Tərəflər, digər məsələlərlə yanaşı, Kiyevin korrupsiyaya qarşı mübarizə səylərini də müzakirə ediblər.
Puşkovun sözlərinə görə, Bayden və Zelensky üçün "müzakirə ediləcək bir şey var". Senator, Burisma firmasının əleyhinə olan iş barədə xatırladıb, hansıki, Amerika liderinin oğlu işləyib.
"Ukrayna prokurorluğu tərəfindən aparılan araşdırmadan Baydenin özü öz oğlunu qurtardı. Sonra da bütün dünya qarşısında Ukraynanın baş prokurorunu necə qovduğu barədə öyündü", deyə senator Telegram kanalında yazır.
Diqqətə çatdıraq ki, Co Baydenin oğlu Hanter Bayden, 2014-2019-cu illərdə Burisma rəhbərliyinin məsləhətçisi vəzifəsində çalışmış və bunun üçün ayda 50.000 dollara qədər qazanmışdır. Donald Trump tərəfdarları Hunterin atasını lobbi işi üçün istifadə etdiyi qənaətindədirlər. Kiçik Baydenin ABŞ-da 2018-ci ildə başlayan vergi köçürmələrinə dair istintaqı hələ də davam edir.
Xatırladaq ki, Bayden Ukrayna səlahiyyətlilərinə Burisma ilə bağlı araşdırma aparan Baş Prokuror Viktor Şokinin vəzifəsindən kənarlaşdırılması üçün təzyiq etməkdə də günahlandırılır. Co Bayden isə bütün bunları inkar edir.
Müəllif: İnam Hacıyev