Markov: Putin bunu Paşinyanın ağlının başına gəlməsi üçün etdi – MÜSAHİBƏ
Politoloq: Moskvada hər iki erməni liderə xəbərdarlıq olundu ki...”
Moskva görüşündə Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar aparıldı. Görüş Ermənistan hökuməti başçısının keçən ilin noyabrında Rusiya və Azərbaycan liderləri ilə üçtərəfli qaydada Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat imzalanması ilə meydana çıxan Ermənistan Respublikasında gözlənilən erkən parlament seçkiləri fonunda baş verdi.
Mütəxəssislərin görüş ərəfəsində qeyd etdiyi kimi, Paşinyan bu şəkildə seçki kampaniyasına başladı və Moskvanın dəstəyini almağa cəhd etdi. Mütəxəssislərin fikrincə, Paşinyan üçün müharibədəki məğlubiyyət və bu amilin ona qarşı müxalifət tərəfindən istifadəsi fonunda bu, sözün əsl mənasında, həyati əhəmiyyət daşıyır, çünki Paşinyanın partiyasının qalib gəlməyəcəyi halda, onun taleyinin necə ola biləcəyi məlum deyil.
Ermənistan baş nazirinin özünün dediyinə görə (Kreml heç bir yekun açıqlama vermədi), Rusiya lideri ilə görüş 3,5 saat davam etdi və baş nazir bundan razıdır. Danışıqlarda Rusiya-Ermənistan əməkdaşlığının bütün spektri müzakirə edildi. Ermənistanın baş naziri xahişlərlə müraciət etdi – koronavirusa qarşı bir milyondan çox peyvənd tədarükündən başlayaraq Rusiya tərəfindən Ermənistanda bir atom elektrik stansiyası tikilməsinə qədər. Bundan əlavə, Paşinyan Putinlə Rusiya liderinin “təhlükəsizlik sistemlərinin arxitekturasına dair: Dağlıq Qarabağda, ətrafında, Ermənistanda və ümumilikdə bölgəmizdə” fikirlərini müzakirə etmək planlarını açıqladı. Həm də "Rusiya-Ermənistan ortaq qüvvələr qrupunun fəaliyyətinin bəzi nüanslarını".
Paşinyan Azərbaycanda terrorçu və təxribatçı kimi tanınan erməni "əsirləri" mövzusuna toxunmağı da unutmadı. Buna cavab olaraq Rusiya Prezidenti qeyd etdi: "Müzakirə üçün zəruri hesab etdiyiniz bütün məsələləri diqqətlə nəzərdən keçirəcəyik." Ancaq Putin əlavə etdi ki, “hər şeydən əvvəl, ən aktual və kəskin problemin Dağlıq Qarabağdakı və onun ətrafındakı vəziyyətin normallaşması" olduğunu və "ən vacib komponentin ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpasının Ermənistanın inkişafı üçün yeni imkanlar yaratmasını” başa düşməkdir.
Paşinyan Putinlə danışıqlardan sonra Moskvada Erməni Hüquqşünaslar Birliyinin üzvləri ilə keçirdiyi görüşdə “müharibədən sonra gündəmimizdəki ən vacib məsələlərdən biri rus tərəfdaşlarımızın dəstəyi həyata keçirdiyimiz ordu və silahlı qüvvələrin islahatıdır".
Putinlə Paşinyan arasındakı görüşün intriqası həm də onunla assosiasiya olunur ki, ondan bir neçə gün əvvəl Rusiya Prezidenti ilə hələ 2-ci Qarabağ müharibəsindən əvvəldən Paşinyanın əsas rəqiblərindən biri sayılan Ermənistanın keçmiş lideri Robert Köçəryan arasında video formatında danışıqlar aparıldı.
Hər halda Kreml Putinlə Köçəryan arasında aparılan danışıqlar faktını təsdiqlədi. Maraqlıdır ki, Köçəryan bu yaxınlarda konstitusiya quruluşunu devirməkdə günahlandırıldığı 1 Mart 2008-ci ildə bəraət almışdı. Xatırladaq ki, 2008-ci ildə Köçəryan o zamankı prezident vəzifəsini icra edən şəxs olaraq prezidentliyə namizəd Ter-Petrosyanın tərəfdarları tərəfindən təşkil edilən etiraz mitinqini dağıtmaq üçün icazə vermişdi. Etirazçılar arasında etiraz aksiyası nəticəsində axtarışa verilmiş Nikol Paşinyan da var idi.
2010-cu ildə Paşinyan kütləvi iğtişaşlar təşkil etmək ittihamı ilə 7 il həbs cəzasına məhkum edildi. Mütəxəssislərin fikrincə, Paşinyan Köçəryanı baş verənlərə görə bağışlaya bilməyib və qarşısına eks-prezidenti həbs etmək məqsədini qoyub. Nəticədə, Robert Koçaryan 2018-ci ildə iki dəfə həbs olundu. 2019-cu ilin iyun ayında üçüncü dəfə nəzarətə alındı. Və 2020-ci ilin iyun ayında girov müqabilində sərbəst buraxıldı. Paşinyanın özünün Köçəryanı həbs etmək istədiyi düşünülür.
Putin və Paşinyan arasındakı danışıqların nəticələri və Rusiya prezidentinin Robert Koçaryanla niyə görüşdüyünü - "Moskva-Bakı" platformasına Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov belə şərh edib.
"Həm Paşinyan, həm də Koçaryan Putinin onları dəstəkləməsini istəyir. Həm Koçaryan, həm də Paşinyan Ermənistanı çıxılmaz vəziyyətə saldı, Qarabağ müharibəsində məğlubiyyətə gətirib çıxardı. İndi Ermənistan əhalisi dəhşətli bir depressiyadadır və nə birini, nə də digərini istəmir. Hamı Vladimir Putinin kimi dəstəkləyəcəyini gözləyir və Putin heç kimə dəstəkləmək istəmir, çünki Paşinyan bu gün üçtərəfli bəyanatın şərtlərini yerinə yetirsə də və Azərbaycanla sülhə yönəlmiş açıqlamalar versə də, Amerika tərəfdarıdır və bu da pisdir. Koçaryan rusiyapərəstdir, Vladimir Putinlə şəxsi dostluq münasibətləri var, ancaq Qarabağda qisas almaq fikrinin daşıyıcısıdır və Rusiyada əhalinin onu dəstəkləmədiyini görürlər.Bu şərtlərdə Rusiya prezidenti həm Paşinyana, həm də Koçaryana deyir ki, uşaqlar, biz hər ikinizlə işləməyə hazırıq, ona görə deyə bilərik ki, Ermənistandakı seçkilər ərəfəsində bu tur hər ikiniz üçün heç-heçə ilə başa çatdı.
Eyni zamanda, Ermənistandakı seçkilərdə indiki Baş nazir Nikol Paşinyanın qalib gələcəyi ehtimalı böyükdür. Rəy sorğuları onun populyarlığının Köçəryandan daha yüksək olduğunu göstərdi. Əlbətdə ki, Qarabağla bağlı üçtərəfli razılaşmanın həyata keçirilməsi üçün Paşinyan Koçaryandan qat-qat üstündür. Koçaryandan fərqli olaraq həmişə kompromis tərəfdarı olub. Koçaryan öz-özlüyündə onsuz da Qarabağdakı qisas fikrini özündə cəmləşdirən "Qarabağ klanı"na aiddir, Paşinyan isə yox. Köçəryan ilk Qarabağ müharibəsinin ayrılmaz bir hissəsidir, ocağa od vuranlardan biridir, Paşinyan isə ilk növbədə bütün bunlardan uzaqdır. Paşinyan sülh müqaviləsi imzaladı, Koçaryan isə əksinə ideoloji daşıyıcıdır və müharibəni həyata keçirən biridir. Paşinyan bu gün sazişin həyata keçirilməli olduğunu deyir, Koçaryan onu yenidən nəzərdən keçirməli olduğuna işarə edir. O zaman Qarabağdakı müharibədəki məğlubiyyətdə yalnız Paşinyan günahkar deyil. Ordudakı vəziyyətin bu dərəcədə bərbad olmasında Sarkisyan və Köçəryan günahkardır.
Prinsipcə, Rusiya prezidenti nə Paşinyan, nə də Koçaryanla görüşə bilmədi. Ancaq Paşinyanla birbaşa, Koçaryanla videorabitə ilə görüşlər oldu. Bu görüşlər də bir dəstək formasıdır.
Kremlin Putinlə Koçaryan arasındakı görüşü ictimai məkana gətirməsi Paşinyanın ağlının başına gəlməsi üçün edildi ki, amerikapərəst fəndlərinə yenidən başlayacağı təqdirdə Moskvanın istiqamətini tez bir zamanda dəyişdirəcək.
Əslində, Moskvanın İrəvanda başqasına ehtiyacı var. Həm Rusiyapərəst, həm də uğurlu bir "öz siyasətçisinə" sahib olmaq və sülh müqaviləsini yerinə yetirmək istərdi. Ancaq hələ belə şəxs yoxdur. Yaxşı bir söz var: "Siyasətçilərin, dövlət adamlarının vəzifəsi cənnəti yaratmaq deyil, cəhənnəmin qarşısını almaqdır." Və bu vəziyyət üçün çox yaxşı uyğun gəlir. Putin Ermənistanda ideal siyasətçilərə ümid etmir, nə var onunla kifayətlənir.
Koçaryanın hakimiyyətə gəlməsi Qarabağla bağlı bəyanatı yerinə yetirmək üçün təhlükəlidirmi? Heç kim onun gəlməyəcəyinə zəmanət verə bilməz. Koçaryan mahiyyətcə belə bir razılığın əleyhinə olduğunu söyləyir. Ancaq bu açıqlaması ilə seçiciləri hədəf alır. Seçicilər Ermənistanın hərbi məğlubiyyətinə işarə edən bu razılığa qəzəblidirlər. Və onu yenidən oynamaq istəyərdilər. Sülhün lazım olduğunu başa düşənlər var. Düşünürəm ki, Köçəryan hakimiyyətə gəlsə belə, bu müqaviləni poza bilməz. Bu barədə Moskvada ona sadəcə xəbərdarlıq olundu ki, bu, edilməməlidir.
Eyni zamanda, düşünürəm ki, Koçaryanın vəzifəsi heç olmasa Ermənistanın Qarabağda qoyduqlarını qorumaq olacaq. Ermənistan Qarabağın 30%-i üzərində nəzarəti qorumağa çalışacaq. Axı ərazinin qalan 30 faizini kimin idarə edəcəyi ilə bağlı qarşıdurmanın hələ də qaldığını inkar edə bilmərik. Müharibə dayandırıldı, ərazilərin çoxu Azərbaycana qaytarıldı. Amma əslində siyasi formada qarşıdurma qalan torpaqlar üzərində davam edəcəkdir.
Moskva üçün heç bir qırğın olmaması, azərbaycanlıların və ermənilərin bir-birini öldürməməsi vacibdir. Bu səbəbdən Kreml bölgədəki sabitliyi qorumaq məsələsinə çox diqqətlə yanaşacaq və Ermənistanda hakimiyyətə gələn hər hansı bir qüvvədən razılığa uymasını tələb edəcək.
Putinlə Paşinyan arasında Moskvada aparılan danışıqların ikitərəfli gündəliyinə gəlincə, bu, ikitərəfli mövzularda tipik bir dialoq idi. Ermənistan Rusiyanın müttəfiqidir və burada heç nə dəyişmir. Rusiya da Ermənistanla Azərbaycan arasında diqqətlə tarazlıq yaradacaq. Bu baxımdan, Paşinyana görə, Rusiya lideri ilə danışıqlarda qaldırılan məsələ - Rusiyanın Ermənistan ordusunun islahatında iştirak etməsi- burada ikitərəfli əməkdaşlıq çərçivəsindən kənar bir şey görmürəm. Rusiya Ermənistana KTMT üzvü kimi yardım göstərir (Azərbaycan KTMT-yə daxil deyildi), üstəlik, Rusiya kömək istəyənlərə kömək edir. Azərbaycan da strateji tərəfdaş olaraq hər hansı bir formada kömək istəsə, Rusiya yardım göstərəcəkdir. Ermənistan və Azərbaycanla münasibətlərdəki tarazlıq Rusiya üçün vacibdir".
Hazırladı – Nana Xoştariya
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb