MURQUZOVLAR AİLƏSİ PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR.
Abşeron rayon Mehdiabad qəsəbəsində yaşayan Murquzaov Asim Qurban oğlu Diaspor.info saytına zəng edərək çox böyük bir problemlə rastlaşdıqlarını dedi və müxbirimizi evlərinə çəkilişə dəvət etdi. Evdə olduğumuz zaman ürəkparçalayan hadisələrə tamaşa etdik. Həyatla, yaşamaqla mübarizə aparan bir ailə Sosial təminat nazirliyi tərəfindən incidilir. Belə ki, evin körpəsi 3 yaşlı Xəlil Murquzov doğuşdan problemli oldu, başında şlanq, əqli gerilik və beyin pozulması kimi halları yaşayır. Dövlətimiz isə həmin körpəyə pensiya təminatı etmiş, hətta anaya uşağa baxdığına görə əlavə 50 azn pul da verirmiş. Lakin səbəbi tam aydın olmasa da, Xəlil Murquzovun pensiyası artıq bir aydır ki, kəsilib. Xəlilin xəstəliyi yalnız 12 yaşnda aparılacaq əməliyyatdan sonra sağala bilər. Hazırda uşağın beyninə siqnal düzgün çatmadığına görə özünü düzgün apara bilmir, bayıra çıxması və s. hissiyatsızdır. Bunu hər halda həkimlər nəzərə alaraq uşağa pensiya kəsiblər. Lakin bir aydır ki, imkansız ailə xəstəxanaları gəzir və özlərinin də dediyi kimi təkcə bir xəstəxanada 500 azn xərcləri çıxıb.
Böyük oğlu İsa Murquzovun isə məktəb yaşı çatsa da məktəbə qəbul edilmir. Səbəb budur ki, gözlərində görmə otuz faizədəkdir. Ümumiyyətlə bu uşaq da ayaqlarını yerə tam basa bilmədiyi üçün dəfələrlə əməliyyat olunub. Fərdi təhsil üçün müraciət edilsə də Abşeron rayon təhsil şöbəsi hələ ki, müraciəti qulaqardına vurur. Ailə başçısı Asim sadə bir fəhlədir. Kimin həyətində iş olarsa gedib çalışır və ailəsinə çörək pulu qazanır. Pandemiya dövründə isə onun da işləri taam kəsilib desək yanılmarıq. Həyat yoldaşı Bənövşə Murquzova isə uşaqlara baxır və işləyə bilmir. Hər iki uşağa baxarkən hiss olunur ki, onlar nəinki pensiya təminatı ilə təmin olunmalı, hətta ünvanlı sosial yardım da almalıdırlar. Lakin Sahil Babayevin rəhbərlik etdiyi nazirlik hələ ki, Murquzovlar ailəsinin taleyini buraxıblar Allahın ümüdinə. Görünür bu sahədə həbs olunanlara dərs olmur ki, olmur. Bu sadə ailə nənələrinin ümidinə qalıblar.
Odur ki, Murquzovlar ailəsi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ediblər.
Videonu olduğu kimi təqdim edirik.