Özünü "Dağlıq Qarabağ" separatçılarının rəhbəri kimi təqdim edən Araik Arutyunyan təcili olaraq Moskvaya çağırılıb. Diaspor info xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, Rusiya xüsusi xidmət orqanları Arayik Arutyunyanın Ermənistan hakimiyyətinə tabe olmasından və "özünü toplamağa" çalışacağından narahatdır.
“Bizə söylədilər ki, onu rəsmi olaraq qəbul edə bilməyəcəklər, çünki tanınmamış respublikanın lideridir. Lakin Moskvada xüsusi səfərdə olan bu adam xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşəcək və onlar açıq şəkildə bildirəcəklər ki, Paşinyanın hər bir istəyinin yerinə yetirilməsi qondarma rejimin maraqlarından irəli gəlmir.
Mənbənin məlumatına görə, maddi cəhətdən Ermənistan rəhbərliyindən asılı olduğu üçün Arutyunyanın əl-qolu bağlıdır. Bu, xüsusən mənzil tikintisi üçün verilən vəsaitə görədir.
"Mətbuat katibi" Lusine Avanesyandan qondarma rejim prezidentinin Moskvaya səfəri ilə bağlı məlumatları şərh etməsi istənildi. O, "Bu anda deməyə bir sözüm yoxdur", dedi. Bu məlumatı təkzib edib-etməməsi soruşulduqda, cavab verdi ki, "Şərhə ehtiyac yoxdur" və bununla da əslində faktı təsdiqlədi”, deyə qəzet yazır.