SON VAXTLAR SİYAVUŞ NOVRUZOVDAN REYTİNQ XATİRİNƏ MAKSİMUM İSTİFADƏ EDƏNLƏR NƏYƏ NAİL OLMAQ İSTƏYİRLƏR.?
Hesab edirəm ki, Prezident ilham Əliyevin ən sədaqətli siyasi silahdaşlarını vurmaq, onun gözündən salmaq üçün, müxalifət və onların havadarları çox böyük, çirkin oyunlar oynayırlar. Bütün bunlar YAP-nın zəiflədilməsinə, Prezidentimizin meydanda təklənməsinə xidmət edir.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Danılmaz faktdır ki, məmurların, elm adamlarının, deputatların hətta, toylar kralı olan artistlərin belə çox faizi əlçatan deyildir. Bu gün kim əlçatandırsa, vəyaxud həmin insan üçün lazımi sifariş vardırsa, saytlar, sosial şəbəkələr və s. KİV-ə aid nə varsa bundan böyük məharətlə istifadə edir və öz reytinqlərini qaldırmağa çalışırlar. Son vaxtlar Ümummilli liderimiz Heydər Əliyevin siyasi silahdaşı olan və YAP-da böyük vəzifələrdə sədaqətlə xidmət edən Siyavuş Novruzov haqqında xoşagəlməz yazılar verilir və bu kompaniya davam etməkdədir.
Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, mən ədalətli jurnalistəm, bu gün işində ciddi nöqsanları olan bir çox Dövlət məmurunu elə mən özüm də, tənqid edirəm. Ancaq mən hər hansı bir faktla bağlı tənqidi yazılar yazıram, bunu reytinq xatirinə heç vaxt etmirəm. Məgər bu gün Azərbaycanda problem yoxdur? Mənə onlarla ailə müraciət edib ki, hansı ki, gözü görmür, əqli çatışmazlığı var, vəyaxudda iflicdir. Ancaq Sahil Babayevin rəhbərlik etdiyi qurum həmin ailələrin pensiya təminatını dayandırıb. Yaxşı indi nə edim, YAP—nın sıralarını tərk edim? Məgər bir məmurun səhvinə görə dövlətdən narazı qalmaq olar?
Siyavuş Novruzov deputatlar arasında ən tez əlçatan olduğu üçün nədənsə bloqerlər, feyk sosial şəbəkə istifadəçiləri yalnız ondan yazmağa üstünlük verirlər. Hamıya məlumdur ki, S. Novruzov çox səmimi insandır və heç vaxt ədabazlıq edərək özündən mürəkkəb cümlələr qurmur, sadə el dilində danışır. Bu insanı tanıyanlar bilir ki, onun Dövlətinə sədaqəti isə tükənməzdir.
Xaricdəki söyüş kompaniyası aparan bloqerlərə vəyaxud elə Ulu öndərin Milli Məclisdə olduğu dövrlərdə belə, dahi şəxsiyyətə dil uzadanlara da, həmişə ilk olaraq Siyavuş Novruzov cavab verib. Bunları unutmaq olmaz!
Novruzovun Ulu öndərə olan böyük sədaqəti bu gün də Prezident İlham Əliyevədir.
O, nəinki Prezident vəyaxud YAP sədri kimi öz rəhbərinə sədaqətlə xidmət edir, həm də, bir silahdaş kimi hər bir halda onların müdafiəsinə qalxır. Bu bir çoxlarında qıcıq yaradır, o cümlədən, müxalifət qüvvələrində.
Əlbəttə ki, söyüş müxalifəti isə bundan məharətlə istifadə edərək, Siyavuş Novruzovu Prezidentimizin gözündən salmaq istəyirlər. Söyüşlə özlərinə reytinq qazanan avropadakı bir qrup gəncin cavabını da MM-də ilk olaraq Siyavuş Novruzov verib. Dəfələrlə bu haqsızlığa qarşı hər hansı bir qanunun qəbul olunmasını da, təklif edib.
Sual olunur bəlkə digər deputatların dili yoxdur, nədən ailəyə deyilən küfr sözlərə cavab vermirlər? Ona görə ki, öz nüfuzlarına xələl gələ bilər deyə çəkinirlər. Ancaq Siyavuş Novruzov necə ki, Heydər Əliyevin sağlığında sinəsini qabağa verirdi, bu gün də İlham Əliyev və onun ailəsinin nüfuzunun qorunması üçün həmişə sinəsini irəli verir.
Xüsusi xatırlatma etmək istəyirəm ki, mən heç vaxt Siyavuş Novruzovla görüşməmişəm və telefon əlaqəmiz də, olmayıb və bu gün də, yoxdur. Sadəcə gərək ədaləti, kişiliyi yaddan çıxarmayasan.
Tanıdığım çox insanlar vardır ki, Xalq Heydər Əliyevi Bakıya çağırarkən onun arxasınca çox ağır sözlər işlədirdilər, ancaq bu gün vəzifədə oturublar. Belələri istər-istəməz Dövlətini Prezidentini də istənilən vaxtı avropaya, qərbə satar. Məsələn Əli İnsanov, illərlə Heydər Əliyevin kölgəsi altında ad-san, pul qazandı, lakin sonunda İlham Əliyev kimi Alicənab Prezidentə qarşı çıxdı.
Onu demək istəyirəm ki, bu gün S. Novruzovun əlçatan deputatlığı başına bəla olub. Bu insan abrına qısılaraq bütün zənglərə cavab verir, digərləri kimi, telefona gələn zəngləri köməkçisinə, katibəsinə yönəltmir.
Hesab edirəm ki, məhz belə sədaqətli siyasi silahdaşları İlham Əliyevin ətrafından təmizləmək üçün müxalifət çox geniş kompaniya aparır. Feyk sosial şəbəkə istifadəçiləri, instaqram, saytların bəzilərini yalnız pul düşündürür. Odur ki, istər müxalifət istər də, iqtidar adamı ol, pul versən həmin insanlar kimi istəyirsən tənqid etsinlər, sözlərini təhrif edərək yazsınlar. Qanunlarımızda olan bir çox boşluqlar buna hələ ki, yol verir. Açıq mübarizə aparanlardan daha çox feyk sosial şəbəkə istifadəçiləri aktivdirlər.
Hesab edirəm ki, bu çirkin kompaniya dolayısıyla Cənab Prezidentə yönəlib. Onun ətrafındakı ən sədaqətli insanları yavaş-yavaş gözdən salaraq sıradan çıxarmağa çalışanlara onu demək istəyirəm ki, səhvsiz insan yoxdur, İdeal yalnız ALLAHDIR.
Siyavuş Novruzovun da, hardasa sözlərindən səhv tapmaq olar, ancaq Dövlətə qarşı, Prezidentinə qarşı belə səhvləri tapmaq qeyri-mümkündür. Odur ki, bunu Cənab Prezident də, bilir və görür ki, kim kimdir!
Mövzunun aktuallığını nəzərə alaraq davam etdirəcəyik.
Əlmaniz Ələkbərli
Baş redaktor.
378