"ABŞ prezidenti Co Baydenin heç bir gerçək tarixə və hüquqa söykənmədən 1915-ci il olaylarını erməni "soyqırımı" adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç cürə hüquqi nəticələri ola bilməz və olmayacaqdır". Bunu Diaspor info-ya millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Bayden tərəfindən 1915-ci il olaylarının erməni "soyqırımı" adlandırılması qərəzli və acizlik anlamında olmaqla, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında olmasına sübutdur: "Saxta erməni" "soyqırımı" da, demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi ABŞ və digər ermənipərəst ölkələrin başqa ölkələr üçün təzyiq aləti olduğunu sübut etdi. Bu ölkələr saxta "soyqırımı" tanıyanlar, digər ölkələr öz tarixlərinə yaxşı-yaxşı baxsalar çox yaxşı olar. Prezidentimiz möhtərəm cənab İlham Əliyevin Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir. Türkiyə rəsmilərinin, Prezident hörmətli Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, Osmanlı arxivini açmaları və ortaq tarix komissiyası yaradılması təklifini irəli sürməsinə baxmayaraq, heç bir ölkədən cavab olmamışdır. 29 il bundan əvvəl baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırım kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi tibb dilində desək retroqrad amneziyadan adlanır. Heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz. Bu Birliyin gücü keçən il 44 günlük Vətən müharibəsində qazandığımız ZƏFƏRlə dünyaya nümayiş olundu. Biz birlikdə güclüyük. Biz bizə yetərik".