ABŞ Prezidenti Co Bayden axır ki, öz simasını, daha doğrusu simasızlığını ortaya qoydu və 24 aprel müraciətində "erməni soyqırımı" ifadəsini işlətdi. Artıq dünyanın nüfuzlu KİV-lərində sensasion xəbərlər yayımlanır və dünyaya demokratiya, azadlıq dərsi keçməyə iddialı bu yekəlikdə dövlətin bu qədər cılız prezidentinin tarixi səhvi onun mahiyyətini ortaya qoydu. Daha dəqiq desək, Amerika Birləşmiş Ştatları adlanan bu yekəlikdə dövlətin başçısı Ermənistan kimi kiçicik bir ölkənin, erməni lobbisinin marianeti olduğunu təsdiqlədi.
ABŞ Prezidenti öz ölkəsinin tarixində ən böyük səhvə yol verdi. Bayden öz kimliyini də, tarixi həqiqətləri də riyakarlıqlar, yalanlar üzərində qurulan erməni maraqlarına, işğalçı dövlətin yalanlarına, avantürasına qurban verdi. Özü də bunun nəticəsini düşünmədən, yaxud anlamaqdan, qanmadan qurban verdi. Belə qanmazlıq onun özünə də, rəhbəri olduğu dövlətə də, ümumilikdə götürəndə, qlobal miqyasda dünya düzəninə də öz mənfi təsirini göstərəcək. İndi ermənilərin qondarma soyqırımı ifadəsi işlədən və bununla da erməni separatizmini cəsarətləndirən ABŞ prezidenti bunun nəticələrinin fərqindədirmi? Bayden fərqindədirmi ki, bu yanlış addımla ermənilərin daha geniş miqyasda terror törətməsinə, özünü isə əzilən xalq kimi göstərib maskalanmasına, bununla da cəzasız qalmasına, nəticədə hədsizlik dərəcəsinə çatmasına rəvac verdi? Fərqindədirmi ki, bunun acısını artıq dünya çəkməli olacaq və Fransa kimi Avropa ölkəsində terror törədən bir toplum indi bunu elə Amerikanın özündə də edə bilər? Əgər hələ də anlamayıbsa, qoy Bayden bilsin ki, nə ABŞ, nə Rusiya, nə də hər hansı Avropa ölkəsi erməni hədsizliyindən, hansı ki, Amerika prezidenti buna şərait yaratdı, sığortalanmayıb və bundan sonra onu səhvinə görə elə ermənilər özləri cəzalandıracaqlar.
ABŞ prezidenti bu qədər axmaq və avam idi ki, erməni soyqırımı deyilən bir şeyin olmadığını anlamırdı? Yaxud, bu boyda mötəbər bir kürsünü mənimsəyən, ələ keçirən biri tarixi həqiqətləri öyrənə, ermənilərin yalan uydurduqlarını anlaya bilməzdimi? Bayden unutmasın ki, erməni həyasızlığı o həddədir ki, onlar nəinki Amerikaya, hətta Mars planetinə də iddialıdırlar və hər yerin ermənilərə məxsus olduğunu utanmadan, çəkinmədən bəyan edirlər. Bunun da nəticəsi necə olacağını ağlı başında olan bir prezident, ya da adi bir vətəndaş belə anlamalı idi. Anlamalı idi ki, bir gün erməni simasızları, həyasız və hədsizləri Baydenin, yaxud hansısa bir ABŞ prezidentinin özünün də qarşısında Amerikanı ermənilərə "qaytarması" tələbini qoyacaqlar və bu da daha bir xaosun peyda olmasına zəmanət vermək deməkdir.
Başqa bir məqam da diqqəti cəlb etməyə bilməz və bu da ondan ibarətdir ki, Amerika bilə-bilə ədalətsizlik nümayiş etdirdi. Heç şübhəsiz ki, Bayden öz kürkünü suya verməmək niyyəti ilə bu səhvə yol verməyi özünə rəva bildi, amma bütövlükdə ABŞ dövlətinin yaratmaq istədiyi ədalətli dövlət görüntüsünü belə yerlə yeksan etdi. Hansı ədalətdən ABŞ indi bundan sonra danışa bilər? Guya ABŞ prezidentinin ermənilərin törətdikləri 31 mart soyqırımından xəbəri yox idi? Bəlkə, ötən əsrin sonlarında erməni vandallarının Xocalı qətliamı barədə məlumatsız idi? Yaxud, azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması barədə məlumatsız idi Bayden? Bir milyondan çox qaçqın və məcburi köçkünün ermənilərin işğalçılıq siyasətinin, vəhşiliyinin nəticəsi olan acınacaqlı həyatından, məhrumiyyətlərindən də Bayden xəbərsiz idimi? Bu qədər sadalananları görməməzlik mümkünmüdür? Əlbəttə ki, mümkünsüzdür. Bəs belə isə, niyə bu zamana qədər Bayden adlı marionet bunlar barədə bircə kəlmə də danışmırdı? Niyə 30 ilə yaxın müddətdə işğalçılıq siyasəti yürüdən bir topluma öz dırnaqarası "ədalətini" göstərmirdi? Bəlkə qorxurdu ermənidən? Zənnimcə bunun bəlkəsi flanı yoxdur, o elə qorxurmuş və qorxudan da əlavə erməni kuklası, marioneti imiş. İndi bu marionet hansı üzlə, hansı sifətlə, təbii ki, əgər belə bir üz, belə bir sifət onda olsaydı, dünya ictimaiyyətinin qarşısına çıxıb ədalətdən dəm vuracaq? Erməni adlı bu sifətsizlərə qoşulub sifətsizlik nümayiş etdirərək buna cəhd etsə belə onun sözünü, elə lap özünü hesaba alan olacaqmı? Olmayacaq və məhz bu baxımdan qeyd olunur ki, Bayden bütün varlığını erməni yalanlarına qurban verdi.
Bayden erməni kimi simasıza, yalançı və riyakara görə Türkiyə ilə münasibətlərində problemlər yaratdı. Bunu bir qədər öncə tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl da proqnozlaşdırmışdı. O, bildirmişdi ki,
Co Bayden dırnaqarası "erməni soyqırımı"nı tanıyarsa, Türkiyə ilə problemlər yarana bilər. Təkcə Pol Qobl deyil, Amerikanın əksər siyasi ekspertləri hər zaman o qənaətdə olublar ki, bu erməni uydurmalarına uyacağı, ermənilərə qul olacağı təqdirdə ABŞ Türkiyə ilə əlaqələrini poza bilər. Amma, o da dəqiq bilinirdi ki, Türkiyə ilə münasibətlərin pozulmasında onlar maraqlı deyillər. İndiyədək erməni lobbisinə ümidlər verib seçkilərdə qalib gələn namizədlərin belə seçkidən sonra ermənilərə verdikləri vədlərə əməl etməmələri heç də əbəs deyildi. Çünki, ağlı başında olan namizədlərin heç biri dəyərsiz, mahiyyətsiz ermənilərə, Ermənistan dövlətinə görə Türkiyə kimi nüfuzlu bir dövlətlə münasibətləri pozmaq istəməyiblər. Məhz buna görə də cəsarətlə deyə bilərik ki, Baydenin Ankaranı heç bir perspektiv vəd etməyən İrəvana dəyişməsi ancaq ağılsızlıqdır. Heç şübhəsiz ki, Baydenin 24 aprel saxtakarlığına "soyqırımı" deməsi Ankaradan çox Vaşinqtonun əleyhinə işləyəcək. Bayden tarixi səhvə yol verməklə, erməni kimi ikiüzlünü, Ermənistan kimi səfalət içərisində olan dövləti yox, Türkiyə kimi sədaqətli və qüdrətli müttəfiqini itirdi ki, bu da ABŞ-ın bölgədəki təsir imkanlarına və nüfuzuna təsirsiz ötüşə bilməz.
Onsuz da Türkiyə tərəfi əvvəlcədən "soyqırım" saxtakarlığına reaksiya verib-verməyəcəyi təqdiqdə ABŞ-a öz xəbərdarlığını edib və Türkiyənin xarici işlər naziri Çavuşoğlu, Baydenin bu saxtakarlığı "soyqırım" adlandırması ilə iki ölkənin münasibətlərinə xələl gələcəyini bəyan edib. Rəsmi Ankara əvvəlcədən bəyan edib ki, ABŞ dırnaqarası "soyqırım" uydurmasını tanısa, ABŞ-Türkiyə münasibətlərinə ciddi ziyan vurulacaq. Belə məlum olur ki, Baydenin atdığı yanlış addım, tarixi səhv ölkələr arasında tarixi bağları yerindən qopardı və məhz buna görə deyilir ki, Bayden tarixi səhvə yol verdi.