"On illərdir ki, erməni diasporu və lobbisi qondarma “erməni soyqırımı” məsləsindən dünyada yeri və rolu möhkəmlənməkdə olan Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə çalışır. Bəzi ölkələr erməni lobbisinin məkrli məqsədlərinə aldanaraq “erməni soyqıqmı”nı tanımaq kimi absurd qəraralar qəbul ediblər. ABŞ prezidenti Cozef Bayden də erməni lobbisinin girovuna çevrilənlərdən oldu. Əslində Bayden tarixi saxtalaşdıracağı əvvəlcədən gözlənilirdi. Çünki hələ sekirəfəsində C.Bayden erməni iş adamlarının və lobbisinin maliyyə və səs dəstəyindən geniş istifadə etmişdir. Bu baxımdan Bayden tarixin saxtalaşdırılmasına xidmət edən bəyanatla çıxış etdi”. Bu fikirləri Diaspor info-ya açıqlamsında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.
Onun sözlərinə görə, bu ədalətsiz bəyanat ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələr verəcək: “Artıq bütün demokratik düşncəli xalqlar, eləcə də Türk dünyası Baydenin bəyanatına sərt reaksiya göstərir. Bu isə ABŞ üçün arzuolunmaz nəticələr verəcəyi şübhəsizdir. Əminəm ki, Bayden dünya siyasət tarixinə ləkəli siyasətçi kimi düşəcək”.
H.Qarayev vurğulayıb ki, belə bir açıqlama ABŞ prezidentləri tərəfindən ilk dəfə səslənmir: “Hələ 1983-cü il də Reyqan buna bənzər bir açıqlama ilə çıxış etmişdir. Maraqlıdır ki, erməni tarixçiləri hər il erməni gorbagorlarının sayını artırırlar. 1914-cü il siyahıyaalmasına görə Osmanlıda cəmi 1.3 milyon erməni yaşayıb. Erməni tarixçilərinin 1.5 milyon erməninin “soyqırım”a məruz qaldığını iddia etmələri bir növ dünyanı aldatmağa hesablanıb. Baydenin erməninlərin saxta oyun havasına əl götürüb oynaması isə onun qərəzli dövlət başçısı olamasından xəbər verir. Təbii ki, onun bu addımı Türkiyə və Azərbaycanla münasibətlərə xələl gətirəcək. Fakt buur ki, ABŞ üçün Türkiyə və Azərbaycanın önəmi böyükdür. Bu baxımdan, “soyqırım” ifadəsinin əvəzinə alternativ fikir səsləndirməklə, Bayden ABŞ-ın maraqlarına daha çox xidmət etmiş olardı. Həm də, ABŞ tarixçiləri və siyasətçiləri yaxşı bilirlər ki, “erməni soyqırımı” ilə bağlı deyilənlərin əsası yoxdur. Bütün bunlar erməni yalanlarıdır”.
H.Qarayev onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu qərarı tarixi səhv adlandırıb və qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır: “Baydenin açıqlamadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Prezidentimiz Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. O, həmçinin Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb”.