Rus siyasətçilər Donbasdakı qarşıdurma və Krımın Rusiyaya birləşdirilməsini "Avropadakı müharibə" adlandıran Ukrayna prezidentinin bəyanatını şərh ediblər. Diaspor info xəbər verir ki, bu barədə daha çox RİA Novosti Agentliyində materiallar yayımlanıb.
Dövlət Dumasının üzvü Artyom Turov Duma TV-yə verdiyi şərhdə döyüşləri başlatmaqda Qərbi günahlandırıb.
"Ukraynadakı bu hadisələr, çevrilişi və qanunsuz hökumətin gəlişini dəstəkləyən Avropa tərəfindən dəstəklənib, bu da cənub-şərqdə bir sıra etirazlara səbəb olub", deyə millət vəkili bildirib.
Millət vəkili Donbasdakı qanlı qarşıdurmanı, 2 May 2014-cü il tarixində Odessada baş verən hadisələri və Ukraynada söz azadlığının pozulduğunu xatırladıb: "Zelenski, hər şeydən əvvəl, bu gün onunla danışdığı, dəstək istədiyi ölkələr də daxil olmaqla rəqəmlərə görə hesabata çəkilməlidir".
Turov Qərbin güclü bir Ukraynaya ehtiyac duymadığını vurğulayıb və qeyd edib ki, bu, Rusiyanı saxlamaq üçün bir vasitədir: "Ukrayna xalqı bizim üçün qardaş olub və qalır. Rusiya Federasiyası heç bir təcavüz planlaşdırmırdı, yalnız mənafelərimizi müdafiə edirik və vətəndaşlarımızı qoruyuruq".
Müəllif: İnam Hacıyev