1886-cı ildə Naxçıvanda doğulan erməni əsilli köçkün Qaregin Njde, Peterburq universitetindəki hüquq təhsilini yarımçıq qoyub, İranda daşnak hərbi məktəbi keçir. Daha sonra Sofiyada zabit məktəbini də bitirir. Ermənilərin terror təşkilatı olan Daşnaksütyuna üzv olduqdan sonra, silah qaçaqmalçılığı edən Njde 1909-cu ildə həbs olunur. 1912-ci ildə Bolqarıstana gedir və Balkan müharibəsində Osmanlıya qarşı 272 nəfərlik dəstəsi ilə döyüşür.
Birinci dünya müharibəsi ərzində
Erməni könüllü dəstəsi ilə Osmanlıya qarşı döyüşür və 1915-ci ildə ordenlərlə təltif olunur. Daşnakların Türkiyəyə qarşı döyüşən dəstələrinə uzun müddət rəhbərlik edir. Qondarma erməni dövlətində ordu quruculuğu ilə məşğul olan Njde Vedibasarda, Göyçə mahalında və Zəngəzurda türklərin kütləvi qətli ilə məşğul olur. Daha sonra AXC ilə döyüşlərə başlayan Njde və dəstəsi uzun müddət davam gətirə bilir. Sonralar SSRİ-in Qırmızı ordusu ilə döyüşlərə başlayır Zəngəzur yaxınlığında qalib gəlsə də 1921-ci ildə İrəvan yaxınlığında ordusunu itirir. Beləliklə İrana qaçmağa məcbur olur.
İkinci dünya müharibəsi ərəfəsində
Sonralar Bolqarıstana gedən Njde, 1933-cü ildə Amerikaya köçür. Burada "Tseqakron" erməni faşist təşkilatını yaradır. 1937-ci ildə Daşnaksutyun partiyası ilə yollarını ayırır və faşist Almaniyası ilə əlaqələr yaradır. Rozenberqlə danışıqlar edərək almanları Türkiyəyə müharibə elan etməyə çağırır. 1942-ci ildə orduların təşkili ilə məşğul olur. Qafqaz və Krım uğrunda döyüşür və SSRİ-in qalib gələcəyini anladıqdan sonra tərəf dəyişdirməyə çalışır. Njdenin yalanlarına inanmayan hərbi əks-kəşfiyyat idarəsi onu həbs edir və o 25 illik azadlıqdan məhrumiyyətə məhkum olunur. Njde 21 dekabrda Vladimir şəhərində öz kamerasında ölür.
Gördüyümüz kimi yaşadığı xain ömrü boyunca türklərə qarşı heç bir fürsəti əldən vermədən döyüşür. Öz xəstə psixologiyası ilə minlərlə dinc insanın da həlakına səbəb olur. Bu faşistlər hələ də düşünür ki, “bu məğlubiyyət hər şeyin sonu deyil”. Bu ideologiyanın əsas hədəfi hələ də ermənilərin ali irq olduğunu təbliğ etməkdədir. “Njdeizm” ideologiyasının son mərhələsi dənizdən-dənizə, Los-Ancelesdən Beyruta qədər "böyük erməni dövləti" yaratmaq və dünyanı idarə etməkdir. Onlar hələ də türk torpaqlarındakı niyyətlərindən əl çəkməyiblər. Görünən budur ki, onlar hələ də ağıllanmayıblar və hələ dəfələrlə də ölümə məhkum olacaqlar.
Bu faşist ruhlu adama rəğbət göstərən ermənilər isə ona heykəl qoyub. Onun heykəlinin söküldüyü barədə isə dəqiq məlumat yoxdur. Onların məqsədi isə belə görünür ki, bizi provakasiyaya dəvət etmək, ATƏT-in və Rusiyanın diqqətini bura cəlb etməkdir. Gözləyirlər ki, biz yenidən hücum edək, o faşistin heykəlini dağıdaq və yenidən müharibə başlasın. Görün onlar necə də xəstə ruha sahibdirlər ki, müharibə etmək üçün, öz rəğbət bəslədikləri adamın heyklinin uçurdulmasına ümid edirlər.
Amma Azərbaycan tərəfi, provokasiyaya getmir və dinc yolla o faşistin heykəlini götürmək istəyir. Bu ehtiyatlı və uzaqgörən addımlarla getsək, faşist Njdenin heykəli tezliklə və əmin-amanlıqla gözdən itəcək
Məğlub ideyalogiyalar məhvə məhkumdur. Ermənilər belə bu psixologiyası xəstə olan yolla getməli deyil. Bəlkə onların erməni xəstəliyinin dərmanın elə biz verə bilərik. Onları tarix boyu dəfələrlə qovmuşuq və böyük ehtimalla gələcək nəslin də üstünə onları qovmaq kimi bir iş düşəcək.
Düşünək ki, yandırılmış Kəlbəcər kəndlərini, evlərini görən erməni tələbə yaxud azyaşlı bir daha əcdadlarının səhvin təkrarlamaz. Bu fərziyyə özünü doğrultmasa belə bunu etmək nümunəvi olardı. Düşünün, erməni vəhşiliyinə ekskursiya edən iki avtobus azyaşlı var. Onlar ömürləri boyu nifrətdən uzaq qalmalı olduqlarını biləcəklər. Bu onların beynində xoş bir travma olaraq qalacaq. Onlar evlərinə qayıdanda artıq valideynlərinin türklər barədə cəfəngləri onlara inandırıcı gəlməyəcək. Axı cəza tərbiyənin tək yolu deyil. Təzminat, sanksiyalar və hərbisizləşdirmə ilə bərabər onlara kimsə ağıl da verməlidir. Onlara inanmaq ya da bağışlamaq olmaz amma onlara bunu əyani göstərmək o qədər də çətin olmamalıdır. Çünki ehtimal vermək olar ki, onlar yenə də özlərini toparlayıb hücum haqda düşünəcəklər. Yuxarıda dediyim ekskursiya məsələsi ən yaxın tarixdə gerçəkləşə bilməsə də ən azından viran qalmış ərazilərə tərəfsiz erməni jurnalistləri cəlb oluna bilər.
Zərdüşt Quluzadə