Ermənistanın üçüncü prezidentinin kürəkəni, respublikanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Nikol Paşinyanın devrilməsi məqsədi ilə "Anti-Nikol" hərəkatının yaradıldığını elan edib. Diaspor info xəbər verir ki, keçmiş səfir bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
Məlumatda qeyd olunur ki, hərəkat Nikol Paşinyanın hakimiyyətinə qarşı çıxan, lakin seçkilərdə iştirak etmək istəməyənlərin hamısı üçün yaradılır.
Minasyan, Paşinyanın təşkil etdiyi səsvermənin vəziyyətdən çıxış yolu olmayacağına inandığını və komandasının erkən parlament seçkilərində iştirak etmək niyyətində olmadığını xatırladıb.
"Bu gün biz "Anti-Nikol" hərəkatına başlayırıq. Tək bir məqsəd var ki, o da Nikolun bir fəlakət olduğunu izah etməkdir. Hərəkat siyasi qüvvələrin heç birini dəstəkləməyəcək, heç bir blokun tərkibinə girməyəcək. Bu, bir mesajı olan qurtuluş və gələcəyin hərəkatıdır. Bəyan edilən də odur ki, Ermənistanın Nikolla gələcəyi yoxdur, qardaşlarımızı öldürən, analarını oğullarından, arvadlarından - ərlərindən və uşaqlarından - atalarından məhrum edən o olub", deyə Mikael Minasyan bildirib.
Minasyana görə, hərəkat seçki kampaniyası xaricində olacaq, Paşinyanı pislərin ən pis hesab edənlərin hamısını da cəlb edəcək.
Minasyan özü yaxın vaxtlarda yeni təşəbbüsün qaydalarını açıqlamaq niyyətindədir.
Xatırladaq ki, 18 mart tarixində Paşinyan 20 iyunda Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. Ermənistan Milli Məclisi artıq Seçki Məcəlləsinə edilən parlament seçkilərinin yalnız proporsional seçki sistemi ilə keçiriləcəyi dəyişiklik layihəsini təsdiqləyib. Baş nazir də öz istefasını 25 apreldə elan edib və Ermənistan prezidenti də bunu qəbul edib.
Müəllif: İnam Hacıyev