"Prezident İlham Əliyevin beynəlxalq televiziya qurumlarına Vətən müharibəsi günlərində çoxsaylı, iri həcmli müsahibələri dünya auditoriyasi üçün maraqlı idi". Bunu Diaspor info -ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor vurğulayıb ki, həmin müsahibələr beynəlxalq media və intenet məkanında bugünün özündə də mütəmadi izlənir: "Hələ də yüksək reytinq səviyyəsində reaksiyalar doğurması onu deməyə əsas verir ki, indi də həmin müsahibələrə böyük maraq var. Vətən müharibəsinin davam etdiyi dönəmdə Prezidentin müsahibəsi beynəlxalq televiziya qurumları, media təmsilçiləri, eləcə də onların müəyyən sifarişlərini və maraqlarını yerinə yetirən beynəlxalq diplomatik rəsmi dairələr üçün çox maraqlı idi. İstər-istəməz suallar meydana çıxmışdı. Azərbaycan Prezidenti çoxlarına qeyri-mümkün və həll olunmaz kimi görünən bu böyük problemin öhdəsindən necə gələcək? Qarabağ probleminin həll olunması və müharibədə Ermənistan kimi təcavüzkar, faşist dövlətə Azərbaycan necə qalib gələcək? Bu vəzifənin öhdəsindən İlham Əliyevin necə gələ biləcəyi barədə suallar dünya üçün çox maraqlı idi. Dövlət başçısının ötən ilki dünya televiyalarına çoxsaylı müsahibələrinə dünyanın marağı da məhz bununla bağlı idi. Təbii ki, Azərbaycan Prezidentinin həmin müsahibələrində onlar özləri suallarına cavab axtarırdılar. Müharibə bitəndən sonra isə ölkə başçısının müsahibələrinin beynəxalq internet məkanında yüksək reytinqlər üzərində izlənməsi göstərir ki, indi maraq tamam başqadır. Yəni artıq başqa bir aspektdən buna maraq var. Həmin maraq ondan ibarətdir ki, dünyanın media qurumları, beynəlxalq rəsmi dairələr, diplomatik çevrələr, hətta beynəlxalq sıravi dairələrin nümayəndələri Azərbaycan Prezidentinin bölgəmizdə yaratdığı yeni siyasi, iqtisadi, hərbi və coğrafi reallıqların nədən ibarət olduğunu anlamaq və başa düşmək istəyirlər.
Faktdır ki, həqiqətən İlham Əliyev 44 günlük müharibədə Cənubi Qafqaz bölgəsində iqtisadi, siyasi, hərbi və coğrafi cəhətdən tamamilə yeni reallıq yaratdı. Aydın məsələdir ki, Azərbaycan Prezidentinin aylar öncə məhz çoxlarına mümkünsüz görünən problemin həlli və regionda yaratdığı yeni reallıqlarla bağlı müsahibəsinə bugun də davam edən maraq məhz bu məsələrlə izah olunur. Hadisələr göstərir ki, cənubi Qafqazda yeni reallıqların təşəkkül tapması və formalaşması prosesi hələ də davam edir. Ona görə də bu proses nə qədər davam etdikcə İlham Əliyevin müsahibələrinə maraq bir o qədərdə artacaq. Çünki bu müsahibələrin hər birində Qarabağ məsələsinin mümkünsüz olan həlli yolları barədə klassik fikirlər var. Bu münaqişənin həllindən sonra regionumuzda yaranacaq yeni reallıqların ən müxtəlif istiqamətləri və ştrixləri, əlamətləri öz əksini tapır".