Faşizm üzərində "Qələbə Günü" vacib bir bayramdır, "Qızıl Ordu" qəhrəmanlarına hörmət indi daha da aktualdır, çünki hakim koalisiyadakı rusofobiya dəhşətli dərəcədə artıb və Rusiya Federasiyası II Dünya Müharibəsini başlatmaqda absurd şəkildə günahlandırılıb. Diaspor info xəbər verir ki, bu fikirləri şənbə günü "Sosial Demokratiya Kursu" müxalifət partiyası lideri, keçmiş baş nazir Robert Fiso öz "facebook" səhifəsində yazıb.
"Partiyamız faşizm üzərində "Qələbə Gününü" həmişə qeyd edəcəyimiz vacib bir bayram hesab edir. Buna görə də partiyamızın nümayəndələri bu gün ənənəvi olaraq Slavin şəhərində (xatirə kompleksi) qurbanlarını ehtiramla yad ediblər və II Dünya müharibəsi qəhrəmanlarına baş əyib, ehtiram göstəriblər. Rusofobiya artıq dəhşətli dərəcəyə çatıb və Rusiya Federasiyası II Dünya Müharibəsini başlatmaqda absurd şəkildə günahlandırılır", deyə Fiso öz sosial şəbəkə hesabında yazıb.
Keçmiş baş nazirin sözlərinə görə, partiyası hakim koalisiyanın tərkib hissəsi olduqda, Slovakiya cəmiyyətinin SSRİ-nin və onun "Qızıl Ordu"sunun faşizmin məğlubiyyətindəki əhəmiyyətinin təhrif olunmasına imkan verməməsinə diqqət yetirəcəkdir.
Müəllif: İnam Hacıyev