UKRAYNANIN NİKALAYEV ŞƏHƏRİNDƏ FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN NÖVBƏTİ İLDÖNÜMÜ QEYD OLUNUB.
Ukraynada yaşayan soydaşlarımız 416 cı azərbaycanlılardan ibarət Taqanrok diviziyasının xatirəsinə ucaldılmış abidəni yad edərək, qəhrəman Azərbaycan oğullarının yad ediblər.
Ukraynanın Nikalayev vilayətinin Besarabka kəndində İkinci Dünya müharibəsində (1939-1945) 416-cı Taqanroq azərbaycanlılar diviziyasının xatirəsinə ucaldılmış abidə önündə 9 May faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd olunub.
Tədbirdə abidəni ucaldan, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Nikalayev vilayəti üzrə sədri Yunis Əliyev, BUAK sədri Rövşən Tağıyev, Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi ateşşesi, polkovnik İlqar Ağayev, BUAK-ın Odessa vilayəti üzrə nümayəndəliyinin təmsilçisi Fariz Əskərov, Nikolayev vilayəti yəhudi icmasının sədri Semyon Belıy, Nikolayev şəhər millətlər şurasının rəhbəri Anar Axundov, yerli deputat Oleq İzman, daxili işlər orqanı veteranları və digər yerli ictimaiyyət nümayəndələri iştirk ediblər. Yunis Əliyev çıxış edərək 416-cı Taqanroq divizyasının döyüş yolundan və 2012-ci ildə abidənin qoyulması tarixindən danışıb. Rövşən Tağıyev isə çıxış edərək bildirib ki, İkinci Dünya müharibsində müxtəlif millətlər faşizmə qarşı döyüşərək həlak olub, bunların da bariz nümunələrindən biri 416-cı azərbaycanlıla diviziyasıdır. Polkovnik İ. Ağayev də çıxışında divizyanın döyüş yolundan, o cümlədən ötən il Azərbaycan ordusunun torpaqları erməni işğalçılarından azad eməsindən danışıb. Digər çıxışçılar da nitqlərində faşizmə qarşı qələbənin əhəmiyyətindən danışaraq həlak olanların xatrəsini yad ediblər.
Diaspor.info
Nikalayev. Ukrayna
340