ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ ƏLƏDDİN MƏCİDOV “ ƏSRİN MƏHKƏMƏSİNƏ ” SON QOYACAQMI?
ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİNİN VERDİYİ İCRA VƏRƏQƏSİNİ KİMLƏR ETİBARSIZ SAYA BİLƏR?!
ƏGƏR BU BELƏ DEYİLSƏ EYNİ MƏHKƏMƏNİN HÖRMƏTLİ HAKİMİ ƏLƏDDİN MƏCİDOV YENİDƏN ZAQATALA RAYON İCRA VƏ PROBASİYA ŞÖBƏSİNİ BU MƏSƏLƏYLƏ BAĞLI ŞƏKİYƏ NİYƏ ÇAĞIRIR? KİMDİR GÜNAHKAR YOLLARDA QALAN VƏTƏNDAŞLAR, YOXSA TEZ-TEZ QƏRARLARINI DƏYİŞƏN HAKİMLƏR?
ÇOX MARAQLIDIR AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ, ÇOX HÖRMƏTLİ FİKRƏT MƏMMƏDOVUN BELƏ İKİBAŞLI ÇIXARILMIŞ QƏRARLARDAN XƏBƏRİ VARMI?
Balakən rayon Tülü kəndində yaşayan Arif Yüzbaşıyev Diaspor.info-nun Şimal-qərb bölgəsinə Ərizə ilə müraciət edib.
Əlbəttə ki, baş redaktor olaraq ərizəni şəxsən mənim adıma yazıb. Məsələ ilə yaxından tanış olduqdan sonra, A. Yüzbaşıyevin probleminə aydınlıq gətirmək üçün bəzi sənədlərin sürətini ondan istədim. Çox qəribə hallarla rastlaşdım. Azərbaycanın ən Ali orqanlarından olan məhkəmələrin çıxardığı qərarlarda istənilən qədər biri-birini təkzib edən cümlələrə, vəyaxudda anlaşılmaz fikirlərə rast gəldim. Düzünü desəm, qətnamələri, icra vərəqələrini oxuduqca gözümə inana bilmədim ki, bu sənədləri hər hansı bir hakim yazıb vəyaxud yazdırıb. Arif Yüzbaşıyev vaxtıilə Zaqatala rayonu Göyəm kəndindən təyinatı əkin üçün olan torpaq sahəsi alıb. O torpağın üzərində tikili də olub. Sonradan iş elə gətirib ki, Arif həbsə düşüb və həbsxanadan çıxdıqdan sonra evində kirayədə yaşayan Məmməd və Gülxar adlı bir qadının onun mülkü üstündə dava etdiyini görüb. Və elə həmin günlərdən də, məhkəmələrdə vaxtını, sağlamlığını qoyub. Mən şəxsən Məmməd adlı Göyəm kənd sakini ilə görüşüb ətraflı söhbət etdim. Məmməd deyir ki, Arif dayı mənim atamdan bu torpağı və içindəki qanunsuz tikili evi alıb. Bir müddət sonra Məmməd ailə qurduğunu və həyat yoldaşının ata-anasıyla yola getmədiyini xüsusi vurğuladı. Və Məmməd öz həyat yoldaşı ilə Arifdən xahiş ediblər ki, müvəqqəti də, olsa həmin evdə kirayədə qalmaq istəyirlər. İki ay qalıb, sonra pul ödəyə bilmədiklərini və Arifin onlara dəymədiyini də, xüsusi qeyd edir. Məmməd deyir ki, həyat yoldaşı yüngül həyat tərzi keçirdiyinə görə onunla boşanıb. Ancaq həyat yoldaşı Gülxar Zamanova evdən çıxmayacağını deyərək orada qalmağa başladı. Sonda Arif öz halal mülkünü yad adamlardan təmizləmək üçün məhkəməyə üz tutur. Zaqatala rayon məhkəməsi, Şəki Apellyasiya məhkəməsi və Ali məhkəmə də, Arif Yüzbaşıyevin torpağından Gülxar Zamanovanın çıxarılması qərarı verib. Evdən heç kim ona görə danışmır ki, sənədsiz və qanunsuz tikilidir.
Şəki Apellyasiya məhkəməsinin İcra vərəqəsində yazılanları olduğu kimi qeyd edirik: “Cavabdehlər Zamanova Gülxar Mahmud qızı və Zamanova Gülarə İbrahim qızı RX seriyalı 1143321 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0, 1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın!
İcra sənədinə aid tələblər:
Məhkəmə aktının qüvvəyə mindiyi vaxt 15 sentyabr 2020-ci il
İcra sənədinin verildiyi vaxt 25 noyabr 2020-ci il.
Beləliklə də, gün kimi aydın olan sənədi Şəki Apellyasiya məhkəməsi “Zaqatala rayon İcra və Probasiya şöbəsinə “ göndərir. Sözügedən şöbə də, böyük çətinliklə də, olsa Gülxar Zamanovanı Arif Yüzbaşıyevin qanuni mülkündən çıxarır.
Arif Yüzbaşıyev deyir ki, mənə yenidən dəvət gəlib ki, Şəki Apellyasiya məhkəməsinin hakimi Ələddin Məcidov sizi 24 may tarixində, saat 11-30 –da 16 nömrəli zalda olmağınızı istəyir. Səndədlə biz də, tanış olduq: Zamanova Gülxar Mahmud qızının “Şəki Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(107)-291-2020 saylı qətnamənin icrasına “ dair ərizəsinə Şəki Apellyasiya Məhkəməsində 24 may 2021 –ci il tarixdə , saat 11:30 –da, 16 nömrəli zalda baxılacaqdır.
Arif Yüzbaşıyevlə bərabər bizi də bir məsələ çox düşündürməyə başladı. Hörmətli hakim Ələddin Məcidov nəyə və niyə baxacaq? Məgər bu sözləri- Cavabdehlər Zamanova Gülxar Mahmud qızı və Zamanova Gülarə İbrahim qızı RX seriyalı 1143321 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0, 1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın! Şəki Apellyasiya məhkəməsi yazmayıb?
Dəyişən nədir?
Bir şeyi anlaya bilmirəm ki, yəni doğrudan da, məhkəmələr öz çıxardığı qərarları, icraata verəndə düzgün izahat vermirlər? Bəlkə düzgün, başa düşüləcək səviyyədə yazmırlar? Bəlkə də, bilərəkdən işi uzatmaq üçün kiçik səhvlər edirlər ki, məhkəmələr bax beləcə uzanaraq “Əsrin Məhkəməsinə” çevrilsin. İcra sənədini olduğu kimi yazıda yerləşdiririk ki, oxucular üçün qaranlıq məqamlar qalmasın. Əgər orada yazılsaydı ki, torpaqdan çıxarılsın, ancaq qanunsuz tikilidən çıxarılmasın və qadına ayrıca yol verilsin, bax bu başqa məsələ olardı. Əlbəttə ki, bu savadsız qərarı heç kim verə bilməzdi, çünki Arif Yüzbaşıyev öz qanuni mülkiyyətindən kiməsə niyə yol verməlidir, nəyə görə?
Hesab edirəm ki, burada Şəki Apellyasiya məhkəməsinin hakimi Ələddin Məcidovun üzərinə böyük bir məsuliyyət düşür. Adi bir yanlış qərar, mətbuatın gündəmini zəbt edə bilər.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
Baş redaktor.