ZAQATALADA ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI İCRA BAŞÇISININ DİQQƏTİNDƏN BİR AN BELƏ YAYINMIR.
Diaspor.info saytının Şimal-Qərb bürosu 44 günlük Zəfərlə başa çatan “ İkinci Qarabağ Savaşında” sözügedən bölgəyə gələn hər bir Şəhidin dəfn mərasimində iştirak etməyə çalışıb.
Zaqatalaya gələn şəhidlərimizin hər birinin torpağa tapşırılmasında, şəxsən baş redaktorumuz Əlmaniz Ələkbərli iştirak etmişdi: “Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan “İkinci Qarabağ” müharibəsi başlanan gündən, Zəfərlə başa çatana qədər Zaqatala rayonunda oldum. 44 gün ərzində diqqətimi çəkən bir çox məqamlar oldu. Yerli gənclərin həddən artıq vətənpərvərlik nümayiş etdirməsi, hərbi komissarlığın önündə günlərlə növbədə dayanan gənclərin vuruşmaq istəyi və s.
Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin Prezident İlham Əliyevə öz yorulmaz işi ilə və sədaqətlə xidmət etməsi də, diqqətimizdən yayınmadı.
Təkcə bir məqamı xüsusi vurğulamaq istəyirəm, baxmayaraq ki, ölkədə pandemiya, karantin hökm sürürdü, Zaqatala RİH-nin başçısı rayonda dəfn olunan şəhidlərin hər birinin dəfnində şəxsən iştirak edirdi. Baxmayaraq ki, Mübariz müəllimdən cavan olan bəzi başçılar bütün şəhidlərin dəfnində şəxsən iştirak etmirdilər. Havanın həddən artıq yağışlı, soyuq və şaxtalı günlərində belə, Mübariz Əhmədzadə rayon rəhbəri kimi camaat arasındaydı. Nə koronavirusa yoluxmaqdan, nə də ki, ümumiyyətlə xəstələnməkdən qorxmurdu. Əksinə çoxlarına örnək olacaq addımlarıyla xalqın rəğbətini bir daha qazandı. Şəhid tabutu rayona gətirilməmişdən əvvəl, şəxsən Mübariz müəllim başda olmaqla bütün hüquq-mühafizə orqanları səfərbər olurdular. Rayon ictimaiyyətinində fəallığı ilə Şəhidin adına-sanına layiq dəfn mərasimi keçirilirdi.
Necə deyərlər “Xalqın Gözü Tərəzidir”, biz də, bütün bu hallara xüsusi diqqət yetirirdik. Belə ki, icra başçısı istəsəydi, öz isti maşınında əyləşərdi və Şəhidin tabutu həyətə endirilən zaman yerə düşərək mərasimə qatılardı. Ancaq elə hallar olurdu ki, hətta yağışın altında saatlarla dayanıb maşın karvanını birgə gözləmişik.
Başda Mübariz Əhmədzadə olmaqla bütün rayon ictimaiyyəti və Şəhidin doğmaları da, eyni məkanda və eyni həyəcanla gözləmişik.
Bu gün də, Mübariz müəllim hər bir Şəhid ailəsinə atalıq, ağsaqqallıq qayğısını əsirgəmir. Hər bir Şəhid ailəsi bilir ki, Zaqatala rayonunda sözün hər mənasında Prezident İlham Əliyevin nümayəndəsi vardır.”
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü