Kiber təhlükəsizlik mövzusu bu və ya digər şəkildə Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Bayden görüşündə gündəmə gətiriləcək. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun deyib.
O, bu sahədə tam hüquqlu əməkdaşlıqdan danışmağın hələ tez olduğunu söyləyib.
"Bu barədə danışmaq hələ tezdir. Bilirsiniz ki, kiberməkanda geniş miqyaslı əməkdaşlıq başlayanda, informasiya təhlükəsizliyi sahəsi, yəni Prezident Putinin dəfələrlə çağırdığı əməkdaşlıq dəyişəcək", deyə Peskov, Rusiya ilə ABŞ arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq sahəsində bir şey dəyişdimi, sualını cavablandırarkən deyib.
"Əlbətdə ki, əməkdaşlıq haqqında danışmaq hələ tezdir. Ümumiyyətlə, kiber cinayətkarlıq və qarşılaşmalı olduğumuz problemlərin bir şəkildə gündəmdə olacağı açıqdır", deyə Dmitri Peskov fikirlərini yekunlaşdırıb.
Müəllif: İnam Hacıyev