Milyarder, Microsoft qurucusu Bill Qeys, peyvəndlərə bərabər səviyyədə çıxışı təmin etmək üçün zəngin ölkələri bu il milyarddan çox dozada koronavirus peyvəndi bağışlamağa çağırıb. Diaspor info RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu çağırışı Bill Qeys COVAX vaksinasiyası sammitində edib.
"Yüksək gəlirli ölkələr ehtiyac duyduqlarından daha çox peyvənd sifariş ediblər. Yəni peyvəndləmə səylərini azaltmadan bu ölkələr artıq dozaları paylaşsalar qlobal miqyasda peyvəndlərin mövcudluğunu təmin edərlər. Bu ölkələrə çağırış edirəm ki, 2021-ci ildə mümkün qədər tez bir zamanda 1 milyarddan çox doza bölüşdürmə öhdəliyini götürsünlər", deyə Bill Qeys sammitində yüksək gəlirli ölkələrə səslənib.
Onun sözlərinə görə, paylanan peyvəndlərin ilk milyard dozasının 80% -dən çoxu zəngin ölkələrə göndərilib, yalnız 1,2 % -i aşağı gəlirli ölkələrdən olan insanlara göndərilib. O, universal peyvənd təminatının hazırda böyük bir problem olduğunu qeyd edib.
"Hamı peyvəndlərə bərabər giriş imkanı əldə etməyincə heç kim COVID-19-dan tamamilə təhlükəsizlikdə deyil", deyə Qeys fikirlərini yekunlaşdırıb.
Müəllif: İnam Hacıyev