Diaspor info-nun Naxçıvan MR bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib
İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilmiş, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olmuş, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə tədbirin hazırlığı barədə məruzə etmişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamış, onları təltiflərin təqdimatı, yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir.
Sadiq Ələkbərli
173