Özbəkistanda iyunun 28-dən iyulun 12-dək COVID-19-la bağlı məhdudiyyətlər yenidən gücləndirilir. Diaspor info-nun verdiyi məlumata görə, bununla bağlı Özbəkistan koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.
Qərara əsasən Daşkənd şəhəri qırmızı, Səmərqənd və Daşkənd vilayətləri sarı, digər vilayətlər yaşıl zona elan olunub.
Bildirilir ki, bu müddətdə regionlardan Daşkəndə gələn avtobuslar və fərdi minik maşınlarına məhdudiyyətlər qoyulacaq.
İyunun 28-dən diskoteka, karaoke və gecə klubları, kompüter oyunları mərkəzləri, restoran, kafe və çayxanalar 8:00-dan 20:00-dək işləyəcək.
Məlumatda qeyd olunur ki, ölkədə koronavirusun “Britaniya” və “Hindistan” ştammı qeydə alınıb. Bunun ən təhlükəlisi isə “Hindistan” ştammıdır.
Bu gün Özbəkistanda sutkada 476 koronavirusa yoluxma halı aşkar edilib. Bu ilin əvvəlindən bəri bu yeni antirekorddur.
Məscidlərdə ibadət evinin həyətlərində namaz qılmaq məsləhət görülür.