Son günlərdə sosial şəbəkələrdə Bakı Metropolitenində gediş haqqının artırılması ilə bağlı məlumat yayılıb. Bakı metrosunda gediş haqqının artırılacağına dair yayılan şayiələrə aydınlıq gətirilib.
Bakı Metropoliteni QSC-nın Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Diaspor info-ya verdiyi açıqlamada bildirib ki, “Bakı Metropoliteni” QSC-nin gediş haqqının tənzimlənməsi ilə bağlı səlahiyyəti yoxdur: "Bu, yalnız Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxil olan məsələdir. Metropoliten bununla bağlı Tarif Şurasına müraciət etməyib. Ümumən, “Bakı Metropoliteni” QSC fəaliyyətinin maliyyə hesabatı ictimaiyyətə açıqlandığı kimi, mütləq qaydada aidiyyəti dövlət strukturlarına, o cümlədən Tarif Şurasına da təqdim edilir".
Müəllif: Arzu Qurbanzadə