ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını verib. Diaspor info xəbər verir ki, Newsweek-in yazdığına görə, Tramp bu sözləri Fox News telekanalının aparıcısı Şon Hennitiyə deyib.
O, jurnalistin seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualına “hə” cavabını verib və maraqlı izah da edib. “Nəinki mən bunu istərdim, ölkənin buna ehtiyacı var. Biz gərək bu ölkənin qayğısına qalaq. Davamlı şəkildə döyüşmək, hər zaman döyüşmək heç də xoş deyil”, Tramp bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti buna qədər heç vaxt 2024-cü il seçkilərinə qatılacağı ilə bağlı fikirlər səsləndirməyib. Hətta onun bəzi partiyadaşları (respublikaçılar) ehtiyat edirlər ki, keçmiş prezident seçkilərə qatılarsa o, dövlət orqanlarına seçkilərdə iştirak edəcək loyal respublikaçı namizədlərin işlərinə zərər vura bilər, yaxud yanvar ayının 6-da Kapitoliyada baş vermiş hadisələr yenidən müzakirə mövzusuna çevrilər.
O da iddia edilir ki, Trampın seçkilərdə iştirak etmək niyyətinin əsas kökü onun Co Baydendən alacağı şəxsi qisasına əsaslanır.
Rövşən RƏSULOV