“Boris Nikolayeviç Yeltsin hakimiyyəti mənə birbaşa təhvil vermədi. Konstitusiyaya uyğun olaraq, mövcud prezident istefa verərsə, baş nazir prezident səlahiyyətlərini icra edir ki, mən də həmin ərəfədə baş nazir idim”.
Qeyd edək ki, Rusiya prezidenti bunu ötən gün canlı efir zamanı hakimiyyətin ötürülməsi və ya onun komandasında hazırda hakimiyyətini ötürə biləcəyi bir adamın olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Yeltsinin erkən istefasından və özünün Kremlə köçməsindən əvvəl bir sıra hadisələrin baş verdiyini etiraf edib. Belə ki, o, Federal Təhlükəsizlik Xidmətinin, daha sonra isə Rusiya Təhlükəsizlik Şurasının rəhbəri olduğunu xatırladıb.
Putin bildirib ki, Yeltsin onu namizəd olmağa dəvət etdikdə, o ilk olaraq, belə bir məsuliyyəti çiyninə cəkmək istəməyib. Yəni imtina edib. Boris Yeltsin isə ona bu barədə düşünməyi təklif edib və…
…Qeyd edək ki, Vladimir Putin gələcəkdə Rusiya kimi ecazkar bir ölkəyə rəhbərlik etməyə layiq birinə “tövsiyələr verəcəyinə” söz verib.
Ağasəf Babayev