ZAQATALADA ŞƏHİD AİLƏLƏRİNƏ DÖVLƏT QAYĞISI YÜKSƏK SƏVİYYƏDƏDİR.
ZƏFƏRLƏ BAŞA ÇATAN 44 GÜNLÜK İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ
ZAQATALA İGİDLƏRİ DƏ, ŞANLI TARİX YAZDILAR.
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş zaqatalalı şəhidlərin ailələrinə ordenlərin təqdim edilməsi mərasimində rayon icra hakimiyyətinin başçısı da, iştirak edib.
Zəfərlə başa çatan 44 günlük “İkinci Qarabağ” müharibəsi başlayan gündən, Zaqatalada rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə başda olmaqla, bütün rayon əhalisi səfərbər olunmuşdur. Diaspor.info-nun Şimal-qərb bürosu məlumat verir ki, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müharibə, başlayan gündən, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə başda olmaqla bütün RİH işçiləri də, gücləndirilmiş iş rejimində işləyirdilər. Necə deyərlər günün hansı saatı olmasına baxmayaraq, Mübariz müəllimi xalqın arasında görmək olardı. Müharibənin itkisiz olmayacağını hamı kimi döyüşə gedən igid oğullarımızın valideynləri də, bilirdi. Rayona ilk və son gətirilən şəhidlərimizin dəfnində RİH başçısı Mübariz Əhmədzadənin şəxsən iştirakı haqqında saytımızda gedən əvvəlki yazılarımızda da, qeyd etmişdik. Bu zonada elə rayonlar var idi ki, RİH başçısını, birinci müavini əvəz edirdi. Ancaq təkcə Zaqatalada bütün şəhidlərin dəfnində rayon rəhbəri şəxsən iştirak edirdi. Mübariz müəllim bununla da, Şəhid ailələrinə diqqət və qayğının yüksək səviyyədə olduğunu və bundan sonra da, olacağını sübut edirdi.
Hamıya məlumdur ki, bu gün Azərbaycanda Şəhid ailələrinə diqqət və qayğı Dövlət başçısının şəxsi nəzarətindədir. Mübariz müəllimin Şəhid dəfnində iştirakı təkcə icra başçısı rolunda olaraq, deyildi, o, həm də, rayon ağsaqqalı kimi həmin tədbirlərdə iştirak edirdi. Bu da oğul dərdi ilə qarşılaşmış valideynlərə xeyli təsəlli verirdi. Jurnalist olaraq bütün Zaqatala şəhidlərinin dəfnində iştirakımız və insanların rayon ağsaqqalının şəhidlərimizin dəfninə gəlməsini qiymətləndirməsinin şahidiyik.
Bu günlərdə Zaqatala rayonunda yenidən Şəhid ailələri ilə rayon rəhbərinin görüşü olub. Ancaq bu görüş bütün görüşlərdən fərqli idi. Rayon rəhbəri, Azərbaycan tarixinə öz adlarını qanlarıyla yazan, bir neçə şəhidimizin ailələrinə ordenlərin təqdimetmə mərasimində iştirak edib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölümlərindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Zaqatalanın mərd oğulları – kapitan Səmədov İsmayıl Məhəmməd oğlu və baş leytenant Bədəlov Valeh Vahid oğlunun ailələrinə ordenlər təqdim edilib.
Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edib. O, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb.
Mübariz müəllim zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan ətraflı danışıb. Rayon rəhbəri ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Zaqatalanın qəhrəman oğullarının da, rəşadətlə vuruşması və şəhidlər verməsi haqqında qürurla danışıb. M. Əhmədzadə bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulub və bu gün də, uca tutulur.
Mübariz müəllim daha sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəhidlərin ailələrinə vəsiqə və ordenləri təqdim edib.
Tədbirdə Şəhid atası Məhəmməd Səmədov çıxış edərək, Vətən uğrunda canlarından keçən övladları ilə hər zaman fəxr etdiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Dövlət başçısına minnətdarlığını bildirib.
Bəli, Diaspor.info saytının Şimal-qərb bürosu bölgədə Şəhid ailələrinin kiçik problemlərini belə həll etmək istəməyən rayon rəhbərləri haqqında da, məqalələr verib. Ancaq Zaqatala rayon icra hakimiyyəti başçısı Mübariz Əhmədzadənin hər bir Şəhid ailəsinə, qazisinə, döyüşdə iştirak edən hərbçisinə ata münasibəti və qayğısı göstərdiyinin şahidiyik. Odur ki, Zaqatala RİH başçısı və bir ağsaqqal kimi Mübariz Əhmədzadənin Şəhid ailələrinə, qazilərimizə münasibəti, əslində təcrübəsiz rəhbərlərə bir nümunədir. Bu təkcə bir Şəhid ailəsinin problemini həll etmək qədər bəsit bir şey deyil, həm də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə olan sədaqət nümunəsidir.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
347