“Güzəştə” getməsək, Azərbaycan yeni müharibəyə başlayacaq..?”
...“fu” komandası icraçılarına niyə əvvəlki “dəyər” verilmir?
Yadınızda olar, bir müddət bundan əvvəl ermənilərin təhlükəsizlik üzrə eksperti Tiqran Abramyan belə bir xəbər yaymışdı ki, guya son günlər azərbaycanlılar tez-tez Xankəndində yaşayan ermənilərə zəng vuraraq onlardan evlərinin satmalarını istəyirlər. Abramyan bu zənglərin Qarabağda qalan azsaylı erməni əhalisinə çox pis təsir etdiyini, onların yuxularını belə qaçırdığını gizlətməmişdi.
Deyim ki, həmin ərəfədə erməni ekspert azərbaycanlıların bu hərəkətlərini onların qarabağlı ermənilərə qarşı psixoloji hücum olduğunu və bunun da Qarabağın ermənilərdən “təmizlənməyə” hesablandığını bildirmişdi.
Qeyd edək ki, Tiqran Abramyan ötən gün başqa bir açıqlama ilə çıxış edib. Belə ki, bu dəfə “Hayastan” blokunun üzvü öz şəxsi “Facebook” səhifəsində hakimiyyətin qəsdən ölkədə qorxu atmosferi yaradaraq cəmiyyəti müharibə şantajına məruz qoyub və bununla da yeni güzəştlərə hazırladıqlarını bildirib.
Deyim ki, Abramyan əsas kimi, Nikol Paşinyanın qeyri-rəsmi mənbələrdən alınan məlumatına istinad edib. Onu da deyim ki, Paşinyan ötən gün guya Azərbaycanın erməni sərhədində yeni hərbi toqquşmalara “cəhd etmək niyyətində” olduğunu bəyan edib.
Əslində, Nikolun belə bir fikri Ermənistanda rəsmi səfərdə olan Avropa Şurası prezidenti Şarl Mişellə görüşü zamanı səsləndərməsinin arxasında nələrin dayandığı çoxlarına məlumdur. Əslində, burada, ermənilərin onları idarə edənlər tərəfindən “fu” komandasını həyata keçirdikləri də elə bir şübhə yeri qoymur. Bununla yanaşı, “fu” icraçısının hansı xislət sahibi olduğu da sizlərə məlum olmalıdır: “...həm (lap elə it kimi) qorxur, həm də “qorxudmağa” çalışır”. Amma buna baxmayaraq, belə görünür ki, bu gün də ermənilərə “fu” komandası verməkdə davam edənlər, daha əvvəlkindən fərqli olraq indi onlara elə də “dəyər” vermir və ya vermək istəmirlər.
...Bəlkə elə bunun nəticəsidir ki, Abramyan hazırkı ölkə səlahiyyətlilərinin Ermənistanın “güzəştə getməyə” məcbur qaldıqlarını elə erməni rəsmilərinin öz sözləri ilə çatdırır: “...əvvəl bəzi məsələlərdən imtina etdık deyə itirdik, indi yenə də imtina etsək Azərbaycan yeni müharibəyə başlayacaq”.
...Yəni Azərbaycan edəcəyi bütün diqtələri Ermənistan sözsüz yerinə yetirməlidir.
Ağasəf Babayev