Baş nazir qərar verib --İSTEFAYA GETMƏSİ BARƏDƏ
Haitinin müvəqqəti olaraq baş naziri vəzifəsini icra edən Clod Josef mərhum Ariel Henrynin lehinə istefa etmək istədiyini açıqlayıb. DİASPOR.İNFO xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Nəşrin yazdığına görə, Haiti prezidenti Jovenel Moiz, öldürülməsindən iki gün əvvəl Henrini Nazirlər Kabineti başçısı təyin edib.
Josef, Henri ilə danışıqlardan sonra "millətin xeyrinə" vəzifəsindən ayrıldığını qeyd edib.
Xatırladaq ki, Haiti prezidenti iyulun 7-nə keçən gecə iqamətgahına edilən hücum nəticəsində yaralanıb və onun yaralanması ölümlə nəticələnib. Onun yerini müvəqqəti olaraq Senatın sədri Cozef Lamber tutub.
Haiti təhlükəsizlik qüvvələri Moisenin qətlində iştirak edən təcavüzkarlar arasında 26 kolumbiyalı və iki Haiti amerikalısı olmaqla, ən azı 28 əcnəbinin olduğunu aşkar edib. Bu vaxta qədər 17 nəfər həbs olunub, 8 şübhəli hələ də axtarışdadır.
Müəllif: İnam Hacıyev