Rusiya ilə Azərbaycan arasındakı münasibətləri - PUTİN YÜKSƏK QİYMƏTLƏNDİRDİ
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər koronavirus pandemiyasından sonra bərpa olunur, yaxın gələcəkdə Rusiya nümayəndə heyəti ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gələcək. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı cənab Prezident İlham Əliyev ilə görüşdə söyləyib.
"Gəlməyə razı olduğunuz üçün minnətdaram, Allaha şükür, münasibətlərimiz koronavirusdən sonra bərpa olunur, yəni hər şeydən əvvəl iqtisadiyyat sahəsində bu müşahidə edilir. Keçən il müəyyən bir azalma olub, indi davamlı artım, canlanma var", deyə Vladimir Putin İlham Əliyevlə görüş zamanı qeyd edib.
O, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəal işlədiyini qeyd edib.
"Yaxın gələcəkdə bu məsələlərlə məşğul olacaq nümayəndə heyətimizi artıq Bakıya göndərməyi planlaşdırırıq", deyə Rusiya dövlətinin başçısı bildirib.
Onun sözlərinə görə, müxtəlif əməkdaşlıq sahələrini, sənaye, nəqliyyat, infrastruktur və digər məsələləri nəzərdən keçirmək planlaşdırılır.
Müəllif: İnam Hacıyev