Atışma zamanı yaralananlar - 11 MÜLKİ ŞƏXSDİR
Bazar ertəsi günü silahlılar Suriyanın Hama əyalətindəki yaşayış məntəqələrini 24 mərmi atəşinə tutub və nəticədə biri də uşaq olmaqla 11 mülki şəxs yaralanıb. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Suriyadakı Müharibə Edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Vadim Kulit məlumat verib.
"19 iyul axşamı, Həma əyalətindəki Curin, Axsam, Naur-Şatxa və El-Barki yaşayış məntəqələri İdlib deskalasiya zonasında yerləşən sərhəd bölgələrindən silahlılar tərəfindən top, mərmi atəşinə tutulub. Silahlılar 24 mərmi atıb. Nəticədə isə bir də uşaq olmaqla 11 nəfər yaralanıb", deyə Kulit brifinqdə bildirib.
Müəllif: İnam Hacıyev
261