“Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi davam edir
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov və bir qrup partiya üzvləri «Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək» layihəsi çərçivəsində YAP fəalı Tərtər şəhər sakini, qazi “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Anar Paşazadə İlham oğlunu və rayonun Qaraağacı kənd sakini, qazi “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunan Rauf Nuriyev Məmməd oğlunu ziyarət edərək onların problemləri ilə maraqlanmış, qəhrəman qaziləri ilə qürur duyduqlarını bildiriblər.
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat verib, ailələrinə köməklik və maddi yardım ediblər. Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payı olduğunu qeyd edib, onlara partiya üzvləri adından təşəkkürlərini çatdırıb.
Qazilər də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda gənc partiya üzvünə Fəxri Fərman və maddi yardım təqdim olunub.
R.HÜSEYNOVA