KAPITAL BANK MÜŞTƏRİLƏRİNİ ALDADIR?
Kapital bankdan müştəriləri niyə narazılıq edir?
Pulu silmək iki dəqiqə vaxt alır, öz səhvlərini düzəltmək isə on iş gününə?, Bu necə xidmət etməkdir?
Kapital bankdan kredit götürən müştəri Diaspor.info-nun Şimal-Qərb bölgəsinə müraciət edərək, bankdan şikayəti olduğunu söyləyib. Vətəndaşın müraciətini olduğu kimi oxucularımıza çatdırırıq: mənə dedilər ki, Kapital bank Dövlət bankıdır, mən də, sadə, kəndli balasıyam və buna inandım, çünki maaş kartım da, kapital bankdan verilib. Kredit götürmək üçün sözügedən banka müraciət etdim və 1500 azn almaq üçün 1800 azn -ə kimi faizlə ödəməyə razılıq verdim. Pul lazım idi nə qədər yüksək faiz olsa da razıyam. Ancaq 02 avqustda üç aylıq kredit borcumu əvvəlcədən ödədim, axşam isə maaş kartıma məvacibim vurularkən avtomatik 71.00 azn silindiyini gördüm. Gecəni diri gözlə yatdım, kasıb adamam, birtəhər pul düzəldib üç aylıq ödəmişdim. Ancaq maaşımı tam almaq istəyirdim. Bu gün tezdən “196” nömrəsinə zəng edib problemimi onlara dedim və bir saat sonra mənə sms gəldi ki, hörmətli müştəri 10 iş günü ərzində sizin problemlə bağlı məlumat veriləcəkdir. Mən başa düşmürəm, pulumu vaxtında ödəmişəm, kreditin tarixi -2 avqust idi, mən də həmin tarixdə ödəmişəm, həm də, üç aylığını əvvəlcədən, amma nədənsə məsələni araşdırmaq üçün 10 gün gözləməliyəm? Həm də, on iş günü? Niyə? Mənim nə günahım var, əgər sizin sisteminiz düzgün işləmirsə mən günahkaram?
Belə başa düşürəm ki, Dövlət bankına da, inanmaq olmazmış?
Hörmətli redaksiya xahiş edirəm mənim qarşılaşdığım bu problemi ictimailəşdirəsiniz və itirdiyim pulları geri qaytarmaqda mənə dəstək olasınız.
Hörmətlə: Orucova Ə.M
Bəli, biz də, araşdırmaq istədik, ancaq “Kapital bankdan” bizə dedilər ki, yalnız vətəndaşla danışa bilərlər. Vəssalam.
Deməli vətəndaşın hüququ tapdalanır, əgər savadı yoxdursa onun pulunu da, mənimsəmək olar?!
Diaspor.info
Zaqatala bürosu.