TÜRKİYƏDƏN GƏLMİŞ QONAQLAR NİKOLAYEV DİASPORUNUN RƏHBƏRİ YUNUS ALIYEVİN GÖRDÜYÜ İŞLƏRLƏ MARAQLANIBLAR.
Diaspor.info-nun Ukrayna bürosu xəbər verir ki, bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərindən Ukraynanın Nikolayev şəhərinə gəlmiş Sultan Bəy Laçınlının Kötücəsi Firat Laçın Sultan və İrəvan komitəsi ictimai birliyinin Sədri Tofig Cəmil oğlu Həsənov Nikolayev Diasporunun ağsaqqalı Yunus Alıyevlə görüş keçiriblər.
Onların diqqətini çəkən əsas məqamlardan biri 416-cı Taqanrok diviziyasının şərəfinə qoyulmuş abidə olub.
Qonaqlar Memorial abidə kompleksində olaraq, öz gözləri ilə Azərbaycanın qəhrəman oğullarına qoyulmuş möhtəşəm abidəni ziyarət ediblər.
Bu torpaqlsrda yatan Azərbaycan şəhidlərinə dualar ediblər.
Daha sonrs Yunus müəllim Patriot tv yə geniş müsahibə verib.
Müsahibəni olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.
Diaspor.info
Nikolayev
1 349