Tacikstan Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb. Diaspor info xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Əfqanıstanın qanuni prezidenti Əşrəf Qaninin təyyarəsinin Tacikistanın hava sahəsinə girmədiyi və ölkə ərazisinə enmədiyi qeyd edilib.
Açıqlamada bununla əlaqədar Tacikistan tərəfinə heç bir sorğu göndərilmədiyi də vurğulanıb. Digər tərəfdən, Əfqanıstanın Daşkənddəki səfirliyinin rəsmisi də Əşrəf Qaninin Özbəkistanda olması ilə bağlı heç bir məlumata malik olmadığını bildirib.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində Taliban hərəkatının Əfqanıstanın paytaxtı Kabilə girdikdən sonra ölkəsini tərk edən Əşrəf Qaninin Tacikistana getdiyi barədə məlumatlar yayıb.
Müəllif: Turqay Musayev
100