NDU-NUN REKTORU TƏLƏBƏLƏRİN DOSTUDUR
Azad bir ölkənin inkşafının və gələcəyinin təməli bu günün gəncliyidir. Bir gəncin hərtərəfli yetişməsi, gələcəyini daha yaxşı qurması və dünya görüşünü artırması üçün ən önəmli nüanslardan biri də, elm və təhsildir. Ulu öndərimizin dediyi kimi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Günümüzdə prezidentimiz cənab İlham Əliyev Ulu öndərimizin sözlərinə sadiq qalaraq, elm və təhsil üçün xüsusi diqqət göstərir. Müasir dövrün standartlarına uyğunlaşmış məktəblər və ali təhsil ocaqları bizim istifadəmizdədir. Dövlətin verdiyi dəstəklə birlikdə təhsil müəssisələrinin rəhbərləri tərəfindən də, tələbələrə və ya məktəblilərə xüsusi dəstək verilməlidir. Təəssüf ki, hələ də, bəzi təhsil ocaqlarında neqativ hallar var. Bəzi ali təhsil ocaqlarının rəhbərləri özlərini şah kimi aparırlar, desək, yanılmarıq. Belələrinin qəbuluna düşüb dərdini demək mümkün deyl. Üstəlik rüşvət almaqdanda, çəkinmirlər. Bu cür hallarda savadlı və kasıb tələbələr çox əziyyət çəkir. Bir sözlə belə rəhbərlər, nə dövləti, nədə ki tələbənin gələcəyini fikirləşmirlər. Onlar üçün yalnız maddi maraqlar önəmlidir…
Təbii ki, onlarla yanaşı səmimi rektorlarımız da var. Digər rektorlara nümunə olaraq, mənim də, təhsil aldığım Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevi göstərmək olar. Elbrus müəllim hələ Naxçıvan Müəllimlər İnstitunda işlədiyi dövrdə “Tələbənin dostu” adını qazanmışdır. Tələbələrin problemləri ilə şəxsən maraqlanması, onlara hər cür dəstək verməsi, yaxın dialoqdan qaçmaması və ən əsası rüşvətxorluqdan tamamən uzaq olması ona bu adı qazandırmışdır. Naxçıvan Dövlət Universitetinə rektor təyin olunduğu gündən gətirdiyi qayda-qanun sayəsində rüşvətxorluqdan söz belə gedə bilməz. Çünki, müəllimindən tutmuş rektor müavininə kimi hər kəs bilir ki, Elbrus müəllim hər tələbəni şəxsən qəbul edir və problemlərinin həll olunmasında öz köməkliyini göstərir. Beləliklə də, tələbələr varlı və kasıb təbəqəyə bölünmür. Hər kəsə keyfiyyətli təhsil almaq imkanı yaradılır. Fikrimcə Elbrus İsayev kimi rektorlar olduqca, Azərbaycan gəncliyi öz təhsilini, biliyini və savadını günü-gündən daha da artıracaq. Bu cür uğurlu təyinat üçün xüsusən Ali məclisin sədri cənab Vasif Talıbova tələbə olaraq, öz təşəkkürümü bildirirəm.
Diaspor info-nun
Naxçıvan MR bürosu
Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsi
Sadiq Ələkbərli