Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı danışıqlar aparılır. Diaspor info xarici mətbuata istinadən xəbər verir ki, ARMY-2021 hərbi forumunda danışan Mixeyev bunları deyib: "Rosoboroneksport, Rusiyanın Yaxın Şərq, Asiya-Sakit okean bölgəsi və Afrikadan yeddi strateji ortağı ilə S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınmasının texniki və maliyyə detallarını müzakirə edir".
İndiyə qədər Çin və Türkiyəyə verilən S-400 hava hücumundan müdafiə sistemlərinin 2021-ci ilin sonunda Hindistana təhvil verilməsi planlaşdırılır. Bundan əvvəl mediada Səudiyyə Ərəbistanı, İraq və Belarusun da S-400-lərin tədarükü üçün Rusiya ilə danışıqlar apardığı bildirilib.
Müəllif: Turqay Musayev
137