ÇERNİQOV DİASPORUNDA SOYDAŞLARIMIZIN BİRLİYİ DAHA AYDIN GÖRÜNÜR.
Diaspor.info saytının Ukrayna bürosu xəbər verir ki, Çerniqov Azərbaycanlıları yaşadıqları şəhərdə daha çox tanınır və yerli icra hakimiyyəti orqanlarının keçirdiyi tədbirlərdə daha aktivdirlər.
Əməkdaşlarımız "Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin" Çerniqov təşkilatının sədri İsgəndər Vəliyevlə görüşərək, görülən işlərlə bağlı ətraflı söhbət ediblər.
İsgəndər müəllim bugünə kimi gördükləri bütün işləri, keçirdikləri tədbirləri şəxsi vəsaitləri hesabına etdiklərini dedi: Ola bilər ki, hər hansı bir təşkilat, hansısa bir dövlət qurumundan vəyaxudda, şəxsi insanların vəsaitindən yararlanır. Biz fəaliyyətimiz dövründə bir dəfə belə kimnənsə yardım istəmədik və almadıq da, bizim fəaliyyətimiz öz diasporumuzun məhsuludur.
Burada yaşayan soydaşlarımız arasında böyük biznesmenlər olmasa da, ürəyi böyük olan insanlar çoxdur. Şəhər meriyasının keçirdiyi bütün tədbirlərdə biz ev yiyəsi kimi tanınırıq. İştirakımız digər azsaylı xalqlardan seçilir. Səbəb də, budur ki, biz bütün tədbirlərə eyni məsuliyyətlə yanaşırıq. Bir tədbirdə ki, Azərbaycan bayrağı Ukrayna bayrağı ilə yanaşı dalğalanır, biz öz məsuliyyətimizi dərk edirik. Və ikiqat məsuliyyətlə yanaşdığımız tədbirlərdə hamının diqqətini Azərbaycan diasporuna yönəldə bilirik.
Bu yaxınlarda Ukraynanın müstəqillik günü təntənə ilə qeyd edildi. Yubiley idi, 30 ildir ki, Ukrayna müstəqildir.
Çerniqov şəhər meriyasının təşmilatçılığı ilə bayram konserti təşkil olunmuşdur.
Konsert şəhərin mərkəzində, açıq səma altında olduğuna görə insan axını çox idi, ancaq nədənsə sönük idi.
Bizim Sərxan Əhmədov adlı bir gəncimiz var, çox aktiv uşaqdır. Bir çox sahələrdə Diasporamızı təmsil edir, o cümlədən yaxşı səsi vardır. Müstəqillik günü Sərxan səhnəyə qalxan kimi bayram konsertindəki sönüklük aradan itdi. Onun oxuduğu şən mahnılar tədbir iştirakçılarını coşa gətirdi. Bütün bu kimi hadisələrə görə bizim diasporamız Çerniqovda daha çox tanınır və sevilir.
Çerniqov şəhərində diqqətimizi çəkən məqam İsgəndər müəllimin birlik yaratmaq bacarığı oldu. Bir çox diaspor rəhbəri tanıyırıq ki, nə qədər aktiv, tanınmış insan olsa da, birlik yaratmaqda çətinlik çəkir. Çerniqovda isə bu tsm əksinədir.
İsgəndər Vəliyev bütün hallarda soydaşlarımızın arxasında dayandığı kimi, Azərbaycanlıların da, onun ətrafında sıx birləşdiyinin şahidi olduq. Bu sözün hər mənasında təqdirəlayiqdir.
İsgəndər müəllim millətin hər bir nümayəndəsinə eyni gözlə baxır, yəni pis hərəkət edənlər də, yaxşı tanınanlar da, hamısı bizimdir deyib, sahib çıxır.
Açığını desək, dünyanın heç bir şəhərində belə halla rastlaşmadığımıza görə, Çerniqov diasporunu yalnız alqışlamaq qalır desək, yanılmarıq.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov təşkilatının sədri İsgəndər Vəliyevə saytımız adından gələcək işlərində uğurlar arzulayırıq.
Diaspor.info
Ukrayna bürosu.
2 402