“Ölkə Prezidenti cənab İlham Əliyev məhz 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüş meydanında qəhrəman, igid Azərbaycan Silahlı Qüvvələrinin düşmənə vurduğu zərbə nəticəsində Azərbaycan öz torpaqlarını bərpa etdi və bununla da ədaləti bərpa etmiş oldu”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsinin bitməsindən bir neçə ay keçməsinə baxmayaraq, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə misli görünməmiş yenidənqurma və bərpa işləri aparılır: “Nəzərə alsaq ki, erməni terrorçuları məhz bu əraziləri, bütün infrastrukturu məhv etmiş, sosial və mədəni, dini abidələri, obyektləri tamamilə darmadağın etmiş, burada görülən işlər əlbəttə ki, çox nəhəngdir. Burada görülən işlər ilk növbədə Azərbaycanın gücünü və qüdrətini göstərir. Cənab Prezidentin bir neçə gün bundan əvvəl Kəlbəcər və Laçın rayonlarına səfəri baş tutdu. Bu səfər çərçivəsində çox gərgin bir məqamda cənab Prezidentin bu ərazilərə səfər etməsi bir daha Azərbaycanın mövqeyini ortaya qoymuş oldu. Çünki Ermənistan bütün sərhəd boyu son vaxtlar davamlı və intensiv olaraq təxribatlar törədir. Azərbaycan Silahlı Qüvvələrimizin yerləşdiyi ərazilərdə təxribatlar törətməyə davam edir. Belə bir gərgin vəziyyətdə cənab Prezidentin həmin bölgələrə səfər etməsi bir daha Ermənistana və onun himayədarlığına açıq mesaj idi. Kəlbəcərdə görülən nəhəng işlər buraya xüsusən elektrik enerjisi təchizatı, infrastrukturun həyata keçirilməsi, Kəlbəcər-Laçın avtomobil yolunun çəkilməsi və bu yol üzərində 10 km-ya yaxın tunelin tikilməsi bir daha Azərbaycanın gücünü, qüdrətini göstərir”.
Arzu Qurbanzadə