“Gələcəkdə Ukrayna güclü, uğurlu bir ölkəyə və Avropanın liderinə çevriləcək”. Bunu Stanford Universitetində çıxışı zamanı prezident Vladimir Zelenski söyləyib
“Amerika arzusu bütün dünyada məlumdur. Ancaq biz çox vaxt itirdik, amma bizim indi xəyal qurmağa vaxtımız yoxdur. Yəni bizim xəyalımız yoxdur, biz ukraynalıların bir məqsədimiz var... və bu təkcə rəqəmsallaşdırma deyil. Biz xalqımızı geri qaytaracağıq. Onları geri qaytarmaq bizim üçün çox vacibdir, Krımı və Donbası qaytarmaq bizim üçün vacibdir. Güclü və uğurlu bir ölkə olacağıq – Avropada lider olacaq bir ölkə”. Qeyd edək ki, bu fikirlər də Zelenskiyə məxsusdur.
Qeyd edilnməlidir ki, Ukrayna prezidentinin bu fikirlərini TASS agentliyi yayıb. Agentliyin Vladimir Zelenskinin bu fikirlərini “Ukrayna xəyalında” kimi təqdim etməsindən “rus istehzası” açıq olmasa da, amma sezilir.
Ağasəf