Diaspor info-nun verdiyi məlumata əsasən bu gün Azərbaycan gənclərinin savadlı yetişməsində böyük xidmətləri olan, Naxçıvanın Alim yetirməsi Məhəmməd Ələkbər oğlu Əliyevin doğum günüdür.
Məhəmməd Əliyev Kəngərli rayon Qıvraq qəsəbəsinin adını uca tutan əsil ziyalılardandır.
Onun özündə cəmləşdirdiyi bir çox müsbət keyfiyyətlər, nümunəvi ailə başçısı, qayğıkeş ata, sədaqətli dost və qohumcanlı olmazı böyük alimin həm də, böyük insan olmasından xəbər verir.
Yetişdirdiyi gənclər arasında Azərbaycan iqtisadiyyatına böyük töhfələr vermiş kadrlar var.
İşlədiyi İqtisad Universitetinə, UNEC- ə sədaqətli olması, bu böyük elm ocağını təmsil etdiyi üçün məsuliyyətini dərk etməsi və həmişə onun təbliğatı ilə məşğul olması da, insani keyfiyyətlərin daha çox olmasından xəbər verir.
Məhəmməd müəllim ona pənah gətirən heç bir insanı köməksiz buraxmayıb. Ö, imkanları xaricində olsa belə, yenə də, kömək istəyənlərə dəstyini əsirgəməyib. Bütün bunları nəzərə alaraq, onun haqqında belə demək yerinə düşərdi.
Məhəmməd Əliyev Böyük İnsan Və Böyük Alimdir.
Məhəmməd Ələkbər oğlu Əliyev 04 sentyabr 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun (indiki Kəngərli rayonu) Qıvraq kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə orta təhsilini Qıvraq kənd orta məktəbində almış, 1973-1975-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti -UNEC) daxil olmuşdur.1980-ci ildə insititutu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan SSR Neft Emalı və Neft Kimya Sənayesi nazirliyinə göndərilmişdi.
Bakı Neftayırma Zavodunda mühəndis-iqtisadçı, 1 May adına Bakı Metal Qablar zavodunda böyük iqtisadçı, sex rəisi, İstehsal-Əmtəə Kontorunda Həmkarlar Komitəsinin sədri, Bakı Tara Zavodunda baş mühəndis vəzifələrində çalışmışdır.1991-2001-ci illərdə Dabbax KİM-nin direktoru və təsisçisi olmuşdur. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İdarəetmənin təşkili” kafedrasında baş müəllim, 2002-ci ildə ADİU-nun dissertantı olmuşdur. 25 fevral 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun D.01.181- Dissertasiya Şurasının geniş iclasında 08.00.05 “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi) ixtisası üzrə “Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının strateji problemləri” mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 2002-ci ildən 2005-ci ilədək “Biznes inzibatçılığı” fakültəsi Elmi Şurasının katibi olmuşdur. 2005-ci ildən İqtisad Elmləri Namizədi, 2008-ci ildən isə Dosentdir. 2006-2011-ci illərdə “Biznes inzibatçılığı” fakültəsinin dekan müavini, 2011-ci ildən bu günə qədər “Biznesin idarə edilməsi” kafedrasının müdiridir. “İnsan resurslarının idarə edilməsi” dərs vəsaitinin, Bakı-2002; “Korporativ idarəetmə” dərsliyinin, Bakı-2011; “Biznesdə insan resurslarının idarə edilməsi” dərsliyinin, Bakı-2013 müəllifi, “Biznesin təşkili və idarə edilməsi”dərsliyinin Bakı-2008 həmmüəlliflərindəndir. “Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının strateji problemləri” monoqrafiyasının , Bakı-2005 müəllifidir. 50-dən çox elmi məqaləsi işıq üzü görmüşdür. Son dövrlərdə çap olunan “Sosial biznes ideyası: Azərbaycan üçün önəmi”, “Subsidiya: aqrar sektora dəstəyin təşviq aləti kimi”, “Azərbaycanda innovasiya proseslərinin tədqiqi və formalaşması xüsusiyyətləri”, “İnvestisiya layihələrində risklərin kəmiyyət təhlili”, “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafında neft sənayesinin yeri, “Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində biznesin rolu” elmi əsərləri xüsusi əhəmiyyət kəsb edir. M.Ə.Əliyev işlədiyi dövrdə müxtəlif nazirlik və təşkilatların mükafatlarını almışdır.2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri fərmanları ilə mükafatlandırılmışdır.2016-cı ildə “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülmüşdür.2018-ci ildə AR Təhsil Nazirliyinin müvafiq əmri ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir.Dosent M.Ə.Əliyev hal-hazırda “Biznesin idarə edilməsi” kafedrasının müdiri kimi gənclərə vətənpərvərlik hisslərini və iqtisad elminin inkişaf tarixini böyük ruh yüksəkliyi ilə aşılayır.2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Evlidir, üç övladı və üç nəvəsi var.
Məhəmməd müəllim eyni zamanda “Kəngərli-Qıvraq” Xeyriyyə cəmiyyətinin sədridir.
Bu gün 2021-ci il sentyabrın 4-də dosent Məhəmməd Əliyevin 66 yaşı tamam olur. Bu münasibətilə onu təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, elmi pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Diaspor info
Sadiq Ələkbərli