Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, iranlı həmkarı Amir Abdullahian ilə telefonla Əfqanıstandakı vəziyyət barədə müzakirələr aparıb. Diaspor info xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda qeyd olunur.
Qeyd olunur ki, tərəflər bu ölkədə sabitlik qurmaqda maraqlı olduqlarını ifadə ediblər.
"Xüsusi diqqət mərkəzində Əfqanıstandakı vəziyyət durub. Moskva və Tehran bölgədə və ondan kənarda təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli bir faktor olaraq bu ölkədə sabitliyin qurulmasında maraqlıdır", deyə Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Müəllif: İnam Hacıyev
100