ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyində olub. Diaspor info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, cümə günü Rusiya diplomatik xidmətinə çağırılıb. Sallivan Smolenskaya Meydanındakı binanın qarşısında toplanan jurnalistlərin suallarına məhəl qoymayıb. Çağırılmanın səbəbləri bəlli deyil.
Xatırladaq ki, iyunun 16-da Cenevrədə keçirilən görüşdə, Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, münasibətlərin pisləşməsi səbəbiylə məsləhətləşmələr üçün geri çağırılan səfirlərin qaytarılmasına razılıq veriblər. Mart ayında Moskvaya dəvət olunan Rusiya səfiri Anatoli Antonov iyul ayında ABŞ -a qayıdıb.
Müəllif: İnam Hacıyev
160