“Taliban” hərəkatının sözçüsü Seyid Zekrullah Haşimi yeni Əfqanıstan hökumətində qadın olmayacağını təsdiqləyib.
O Rusiyanın "İnterfaks" telekanalına verdiyi müsahibədə "qadınların kabinetdə olmasına ehtiyac yoxdur" deyə bildirib. “Taliban”a görə, Əfqanıstan qadınlarının funksiyası fərqlidir: "insanlara həyat verirmək", uşaqlara "İslam etikası"nı öyrətmək. Haşimi, qadınların dövlət işlərinin öhdəsindən gələ bilməyəcəyi fikrini də ifadə etdi - bu onlar üçün güclərinin xaricindədir.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Taliban” qruplaşmasının Dohadakı siyasi ofisi rəhbərinin müavini Şer Mohammad Abbas Stanikzai, Əfqanıstan hökumətində qadınların nazir müavinlərinə qədər vəzifələr tuta biləcəklərini bildirmişdi.
Ağasəf
113