Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycanda da tətbiq edilə bilər. Diaspor info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır: "Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".
Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı 7 vaksin və 10 dərman hazırlığı üzrə araşdırmalar aparılır. “TURKOVAC” ikinci fazaya qədər uğurla sınaqdan çıxan vaksin hesab edilir.
Müəllif: Aysel Məmmədova
109