“Cənab Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində vacib məsələlərə toxundu”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri də prioritet təşkil edirdi: “Eyni zamanda, Zəngəzur dəhlizinin açılaması ilə də bağlı cənab Prezident bir sıra mühüm məqamları açıqladı. Ermənistan anlamalıdır ki, Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycan bu dəhliz yolundan Türkiyəyə getmək üçün istifadə etməlidir. Bu gün bir sıra ölkələrdə bu kimi təcrübələr var. Bu gün Azərbaycan ermənilərin Laçın dəhlizindən istifadə etməyə icazə verdiyi halda, Ermənistan tərəfi isə Zəngəzur dəhlizinin fəaliyyətinə əngəl törədir. Bu, uzun müddət belə davam edə bilməz. Ermənistan yekunda bu dəhlizin açılması ilə barışacaq, bu reallığı qəbul edəcək. Bu dəhlizin açılması həm də Türkiyənin Azərbaycan ilə əlaqələrinə, Ermənistanın inkişafına təsir edəcək. Ermənistan özü düşdüyü çətin vəziyyətdən qurtula biləcək və dünya ölkələrinə inteqrasiya etmək imkanı qazanacaq”.
Arzu Qurbanzadə