ZAQATALADA ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT-QAYĞI AİLƏ MÜNASİBƏTLƏRİ QƏDƏR YAXINDIR.
DİASPOR.İNFO saytının baş redaktoru kimi uzun müddətdir Şimal-Qərb bölgəsində Şəhid ailələrinə diqqət və qayğının hansı səviyyədə olduğunu müşahidə edirəm. İkinci Qarabağ savaşı, “Vətən” müharibəsində Qax-Zaqatala-Balakən rayonunun da, qəhrəman oğulları könüllü olaraq cəbhəyə yollandılar. Və bu haqq savaşında üçrəngli bayrağa bükülərək, Şəhid kimi, qazi kimi və sağ-salamat evinə dönənlər də, oldu. Şəhid övladları bütün xalqımıza əmanətdirlər və hər birimiz vəzifəsindən asılı olmayaraq, onlara borcluyuq. Bundan əlavə Qazi və müharibə veteranlarına da, diqqət və qayğı göstərmək bizim borcumuzdur.
Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə hər bir şəhidin dəfnində şəxsən iştirak etməsi yaxşı yadımdadır. Bəzən səhhətində problemlərin olduğunu, ancaq onu biruzə vermədiyini hiss etmək elə də, çətin deyildir. Bu belə də, olmalıydı, çünki Mübariz Əhmədzadə həm Zaqatala RİH başçısı kimi, həm də, Ağsaqqal kimi dəfn mərasimlərində iştirak etməyi özünə borc bilirdi. Bu gün isə Şəhid övladlarının ildönümündə yenə də, Mübariz müəllim öz atalıq qayğısını göstərir. Mən bütün Şəhid dəfnlərində şəxsən iştirak etdiyim üçün onun hansı hisslər keçirdiyinin şahidiyəm. Bu bir Ata qayğısı idi.
Düzdür bu gün şəhidlərimizin ildönümüylə bağlı bəzən məlumatsız olduğum üçün iştirak edə bilmirəm, ancaq texnika əsrində bu haqda məlumatları toplamaq elə də, çətin deyildir. İcra hakimiyyətinin rəsmi saytına istinadən rayon rəhbərliyinin bu günlərdə iştirak etdiyi bir tədbirin yazısını olduğu kimi oxucularımıza çatdırmaq istəyirəm.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Zaqatala rayonunun igid oğulları – Yeni Suvagil kəndindən Fəqan Məmmədovun, Muğanlı kəndindən Nicat Xəlillinin, Qandax kəndindən Aydın Əhmədli və Şahin İsgəndərovun şəhadətə yüksəlmələrinin birinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri onların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Mərasimlərdə ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Sonra rayonun Qandax kəndində şəhid Aydın Əhmədlinin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Şəhidlərin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsində şəhadətə yüksələn şəhidlərin ildönümü ilə əlaqədar Zaqatalada anım mərasimləri davam edir.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin Üzvü.
912